Accessibility links

Urmiyədə bir məhkum edam edilib, 5 məhkum edam gözləyir


Urmiyə Mərkəzi Həbsxanası

Hüquq müdafiəçiləri Urmiyədə bir məhkumun dar ağacından asıldığı, 5 digər məhkumun isə edam gözlədiyinə dair məlumat yayıblar.

İnsan haqları üzrə fəaliyyət göstərən “HRA” agentliyinin bildirdiyinə görə, İbrhim Nəsirxah adlı məhbusun edam hökmü bazar ertəsi günü Urmiyənin mərkəzi həbsxanasında tətbiq edilib.

Əslən Salmas şəhərindən olan 45 yaşındakı məhbusun daha əvvəl narkotik maddə ilə əlaqədar ittihamlarla mühakimə edildiyi bildirilir. O, 3 il idi Urmiyə həbsxanasında saxlanılırdı.

İranda baş verən edamlara dair hesabatlar yayan İran İnsan Haqları Təşkilatı (İran HR) isə Urmiyədə 5 digər məhbusun edam gözlədiyinə dair xəbər yayıb.

“İran HR” qətl ittihamı ilə qisasa məhkum olunmuş bu 5 nəfərin bazar ertəsi martın 14-də edam mərasiminə hazırlıq üçün təkdamlıq kameralara yerləşdirildiyini bildirib.

Adlarının Peyman Babaxani, Mirəli Hüseyni, Cəfər İsmaili, Səid Ərməd və Osman Səhrayi olduğu bildirilən məhbusların edam hökmünün bu həftə tətbiq ediləcəyi gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Federal Təhqiqatlar Bürosu Trampın iqamətgahında axtarış aparıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00
XS
SM
MD
LG