Accessibility links

ABŞ-ın Azərbaycandakı səfiri Şəkidə Amerika guşəsinin açılış mərasimində iştirak edib


ABŞ səfiri Li Litzenberqer Şəki Amerikan Guşəsinin açılış mərasiminə qatılıb.
ABŞ səfiri Li Litzenberqer Şəki Amerikan Guşəsinin açılış mərasiminə qatılıb.

ABŞ-nın Azərbaycandakı Səfirliyi martın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Şəki Amerika guşəsini açıb.

ABŞ-ın Azərbaycandakı Səfirliyinin məlumatına görə, açılış mərasimində iştirak edən ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer yerli icma üçün müxtəlif təhsil və mədəniyyət imkanlarının mərkəzi olan “Amerika guşəsi”nin əhəmiyyəti barədə qısa məlumat verib. Şəki Rayon İcra Hakimiyyətinin başçısının müavinləri Orxan Hüseynli və Zərinə Cavadova, ADPU-nun prorektoru Eldar Aslanov və rektorun müşaviri Ümid Mehdiyev, ADPU-nun Şəki filialının rektoru Rafiq Rəsulov tədbirdə iştirak ediblər.

Səfirlik bildirir ki, Şəki Amerika guşəsinə yeni avadanlıq, texnologiya və materiallar təqdim olunacaq. Güşə dil öyrənmək və təhsil proqramları üçün artıq açıqdır.

Səfir Litzenberqer deyib ki, “Amerika guşələri və iki ölkənin xalqları arasında olan əlaqələr münasibətlərin təməl daşıdır.

“Sizin burada gördüyünüz işlər – ingilis dili proqramları, gənclərin cəlb olunması, habelə iş və bacarıq üzrə təlim kursları - insanların həyatında əsl fərq yaradır. İngilis dili dünyaya, daha zəngin həyata və üstün məşğulluq imkanlarına körpüdür. Dünyanın digər yerlərində yaçayan insanlar şəhərinizin təbii gözəlliyi və inanılmaz mədəni irsi haqqında daha çox öyrəndikcə, turistlərin sayı artacaq. Biz şəhərinizin gənclərinə sinifdənxaric ingilis dili təlimi təklif etməklə daha çox yerli sakinə Şəkinin turizm iqtisadiyyatından faydalanmağa və onun inkişafına təkan verməyə kömək edəcəyik,” o qeyd edib.

Səfir Litzenberqer Şəkiyə səfəri zamanı ABŞ hökuməti mübadilə proqramlarının məzunları ilə də görüşüb. Səfir, məzunların ABŞ-də əldə etdikləri bilik və təcrübələrinin həm karyeralarında, həm də “Amerika guşəsi”nə və Şəki icmasına necə kömək etdikləri barədə maraqlanıb.

“Amerika məkanları” proqramı Azərbaycan Dillər Universitetində yerləşən flaqman Bakı Amerika Mərkəzi və Gəncə, Kürdəmir, Salyan, Xaçmazda yerləşən, hal-hazırda Şəkidə, tezliklə isə Lənkəranda açılacaq “Amerika güşələri”ni birləşdirir.

Mərkəz və Guşələr ingilis dilini təkmilləşdirmək, Birləşmiş Ştatlar barədə məlumat əldə etmək, təhsil və mübadilə proqramları barədə daha ətraflı öyrənmək və “Maker Space”də (Yaradıcılıq məkanında) yüksək innovativ texnologiya layihələrində iştirak etmək imkanları yaradır. Guşələr bacarıqların artırılması üzrə peşəkar proqramlar, həmçinin, mühazirələr, ingilis dili danışıq klubları və hər bir icma numayəndəsi üçün təcrübələrinin artırılması üzrə peşəkar proqramlar təklif edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG