Accessibility links

Əli Quliyev: Son günlər Kyiv intensiv artilleriya və raket atəşinə tutulur


Əli Quliyev,  Kyiv (Foto: Əli Quliyev)
Əli Quliyev,  Kyiv (Foto: Əli Quliyev)

“Kyiv şəhəri həm dünən martın 14-də, həm də bu gecə ciddi artilleriya və raket atəşinə məruz qalıb. Kyivin müdafiəsi çox güclü təşkil edilib. Bu səbəbdən son 13 gündə Rusiya Ordusu bir addım belə irəliləyə bilməyib. Rusiya Ordusu qorxu yaratmaq üçün dinc əhalinin yaşadığı yerləri atəşə tutur. Amma, mülki əhali qorxmur, paytaxtın müdafiəsinin təkilində fəal iştirak edir.”

Bu barədə hazırda Kyivdə olan, Bakının Nəsimi rayon İcra Hakimiyyətinin keçmiş başçısı Əli Quliyev Amerikanın Səsinə müsahibəsində bildirib.

Əli Quliyev: Son günlər Kyiv intensiv artilleriya və raket atəşinə tutulur
please wait

No media source currently available

0:00 0:06:52 0:00

Onun sözlərinə görə, martın 14-də Kyivdə Obolon deyilən yaşayış massivində mərmi yaşayış binasına düşüb, ölənlərin olduğu barədə məlumat verilir.

“Bu gecə də Kyivin üç yerinə mərmilər düşüb, ölənlər və yaralananlar var.”

Quliyevin fikrincə, Kyivin hava hücumundan müdafiə sistemi yaxşı qurulub.

“Bu səbəbdən Kyiv istiqamətində uçan təyyarələrin və raketlərin əksəriyyəti vurulur. Kyiv üzərində rusların çoxsaylı təyyarələri vurulduğundan indi risk etmirlər. Kyivə raketlər əsasən Belarus ərazisindən və ya Qara dənizdən atılır. Lvovdakı hərbi poliqon da Belarusdan və Qara dənizdən qanadlı raketlərlə vurulub.”

Onun dediyinə görə, artilleriya və raket hücumları artıq insanlar üçün adiləşib.

“İnsanlarda qorxu hissi yoxdur. Həyat öz axarı ilə davam edir. Ərzaq mağazaları, apteklər işləyir.”

Quliyev hesab edir ki, ordu Kyivin müdafiəsində ciddi dirəniş göstərir.

“Şəhərin küçələrində, prospektlərində barrikadalar qurulub. Burada ərazi müdafiə batalyonları fəaliyyətdədir, yəni hamı silahlıdır. Kyiv əhalisində belə bir əhval-ruhiyyə var ki, sona qədər müqavimət göstərəcəklər.”

Quliyev bildirib ki, son günlər Kyivin atəşə tutulması intensivləşib.

“Hər 10-15 dəqiqədən bir həyəcan siqnalları verilir. Hər kəsin mobil telefonuna xüsusi proqram yüklənib, sutka ərzində həyəcan siqnalları mobil telefonlarda eşidilir və insanlar sığınacaqlara gedir. Bütün binaların zirzəmilərində sığınacaqlar var. İnsanların bir çoxu metrolara sığınıb. Kyiv meriyası insanların qida və dərman təminatını çatdırır. İnsanlarda qorxu hissi yoxdur və ruslar Kyivə girsələr belə ukraynalılar hər küçə, hər ev uğrunda döyüşəcəklər.”

O, Kyivdə ərzaq və çörək qıtlığı olmadığını deyib.

“Müharibənin ilk günlərində ərzaq çatışmazlığı hiss edilirdisə, artıq bu problem həll olunub. Kyivdə elektrik, su, istilik və bütün kommunal təchizat var. Əksər ərzaq mağazaları çalışır. Mağazalar zəruri ərzaq məhsulları, o cümlədən çörəklə təmin olunur. Həm də dünyanın hər yerindən humanitar yardımlar, ərzaq yardımları gəlir.”

Azərbaycanın humanitar yardımalırna gəlincə, Quliyev bildirib ki, Ukrayna xalqı Azərbaycana xüsusi rəğbət bəsləyir.

“Azərbaycan həm zəruri ərzaq məhsulları, dərman yardımları göndərir, həm də SOCAR-ın yanacaqdoldurma məntəqələri Ukraynada təcili tibbi yardım və yanğınsöndürən avtomobillərini yanacaqla pulsuz təmin edir. Azərbaycanın bu humanitar addımları əhalı arasında rəğbətlə qarşılanır,” o qeyd edib.

XS
SM
MD
LG