Accessibility links

Aİ-Azərbaycan Təhlükəsizlik Dialoqu keçiriləcək


Avropa İttifaqı və Azərbaycanın bayraqları
Avropa İttifaqı və Azərbaycanın bayraqları

Bakıda Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında növbəti təhlükəsizlik dialoqu keçiriləcək

Bu barədə Avropa İttifaqı baş katibinin müavini, Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) baş katibi Enrike Mora twiterdə yazıb.

“Azərbaycan rəsmiləri ilə görüşlər keçirmək və 3-cü Aİ-Azərbaycan Təhlükəsizlik Dialoquna sədrlik etmək üçün Bakıdayam. Rusiyanın Ukraynaya təcavüzü və onun daha geniş regional nəticələri ümumi problemləri həll etmək üçün daha sıx əməkdaşlıq tələb edir. Aİ regionda sülh və təhlükəsizliyə qətiyyətlə sadiqdir,” o qeyd edib.

Xatırlatma

2018-ci ilin fevralında Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasında təhlükəsizlik və nəqliyyat məsələləri üzrə ikitərəfli dialoq mexanizminin yaradılması barədə qərar qəbul olunub. 2019-cu il dekabrın 19-da Bakıda Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında təhlükəsizlik üzrə dialoqun ikinci mərhələsi keçirilib.

XS
SM
MD
LG