Accessibility links

Milli fəal İrəc Şirzad Kəşfiyyat İdarəsinə çağırılıb


Ərdəbil şəhərinin sakini İrəc Şirzad fevralın 23-də Ərdəbil təhlükəsizlik qüvvələri tərəfindən çağırılıb və sorğu-suala çəkilib.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə, Şirzad Ərdəbil Kəşfiyyat İdarəsinin təcridxanasında ən az 4 saat dindirilib.

Təhlükəsizlik qüvvələri milli fəalın idman sahəsində və mədəni fəaliyyətləri haqda cənab Şirzadı sorğu-suala çəkib.

Yayımlanan məlumata görə, son zamanlarda Ərdəbil Kəşfiyyat İdarəsinin qüvvələri dəfələrlə milli fəalı telefon vasitəsilə idarəyə çağırıb, lakin azərbaycanlı fəal məhkəmə orderi olmadan idarəyə getməyəcəyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG