Accessibility links

Avropa məhkəməsi Qənimət Zahidlə bağlı qərarını açıqlayacaq


Qənimət Zahid
Qənimət Zahid

Avropa İnsan Haqları Məhkəməsi martın 24-də Azadlıq qəzetinin mühacirətdə olan baş redaktoru Qənimət Zayidov (Qənimət Zahid) Azərbaycana qarşı işi üzrə qərarını açıqlayacaq.

Bu barədə Amerikanın Səsinə hüquqşünas Xalid Ağaliyev bildirib.

Onun sözlərinə görə, bu məhkəmə işi xuliqanlıqda ittiham olunaraq azadlıqdan məhrum edilərkən, həbsxanada yazdığı kitabın əlyazmasının götürülməsi və məhv edilməsi iddiası ilə bağlıdır.

Hüquqşünas deyir ki, iş, həmçinin ərizəçinin ona dəymiş ziyanın ödənilməsi tələbi ilə bağlı qaldırdığı məhkəmə çəkişmələrini də əhatə edir.

“Konvensiyanın 10-cu maddəsinə (ifadə azadlığı) əsaslanan ərizəçi şikayət edir ki, onun kitab halında çap etdirmək niyyətində olduğu əlyazmasının götürülməsi və məhv edilməsi qanuni olmayıb”- deyə, o bildirib.

Xalid Ağaliyev deyir ki, Qənimət Zahid, həmçinin 6-cı maddənin 1-ci bəndinə (ədalətli məhkəmə araşdırması hüququ) əsaslanaraq, dəymiş zərərin ödənilməsi tələbi ilə bağlı mülki məhkəmə icraatının ədalətsiz olduğunu, xüsusən də məhkəmə iclaslarında şəxsən iştirakının təmin edilmədiyini, şahidlərin dəvət edilib, dindirilməsi barədə vəsatətlərinin təmin olunmadığını, məhkəmə qərarlarının adekvat olmadığını qeyd edib.

"Ərizəçi eləcə də ona münasibətdə Konvensiyanın 13-cü (effektiv hüquqi müdafiə vasitələrinə sahib olmaq hüququ) və 14-cü (ayrı-seçkiliyin qadağan edilməsi) və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddələrinin (mülkiyyət hüququ) pozulduğunu iddia edir” - deyə, o vurğulayıb.

Xatırlatma

1990-cı ilin iyununda “Azadlıq” qəzeti nəşrini bərpa edəndən sonra burada işə başlayıb və həmin ilin axırlarında qəzetin baş redaktorunun müavini olub. 1991-ci ilin noyabrında “Azadlıq” qəzetinin baş redaktoru olub, 1992-ci ilin əvvəllərindən isə də isə baş redaktor seçilib. 1994-cü ildə redaktorluqdan istefa verərək qəzetdə məsləhətçi vəzifəsinə keçib. 1994-cü ildə “Yeni Nəsil” Jurnalistlər Birliyini təsis edib və onun ilk sədri olub. 1998-ci ildə “Azad Söz” Jurnalistlər Birliyini təsis edib və onun ilk sədri olub. 2002-ci ildə “Bakı Həftəliyi” adlı qəzet nəşr edib. 2003-cü ildə yenidən “Azadlıq” qəzetinin rəhbərliyinə qayıdıb.

Xuliqanlıq və qəsdən sağlamlığa az ağır zədə vurma ittihamları ilə 2007-ci il noyabrın 11-də həbs olunub. Həmin il martın 7-də 4 il iş alıb. 2012-ci ilin aprel ayının 6-dan başlayaraq efirdə olan “Azərbaycan saatı” adlı həftəlik televiziya proqramının müəllifi və yaradıcısıdır. 2016-cı ilin oktyabr ayının 8-dən efirə çıxan Turan TV-nin yaradıcısıdır. Turan TV “Azərbaycan Saatı” proqramının bazasında yaradılıb, Azərbaycanın ilk müstəqil peyk televiziyasıdır.

Qənimət Zahid “Sərhədsiz Reportyorlar” beynəlxalq Juranalist təşkilatının köməyi ilə 2011-ci ildə Fransaya köçüb. Hazırda ailəsi ilə birlikdə Fransada yaşayır.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG