Accessibility links

ABŞ-da qaradərililərin kollec və universitetlərində bomba təhdidləri ilə bağlı tədbirlər həyata keçirilir


Ölkənin tarixən qaradərili kollecləri son həftələr onlarla bomba hədəsi aldıqdan sonra narahatlıqlar artıb. Federal hüquq-mühafizə orqanları irqi motivli cinayətlərin əksəriyyətində məsul olduqlarına inandıqları altı şübhəlini müəyyən etdiklərini bildirib.

Amerikanın 101 tarixən qaradərililərin oxuduğu kollec və universitetinin üçdə birindən çoxu yanvarın əvvəlindən kampuslarında bomba hədələri ilə zənglər və ya e-poçt məktubları ilə hədəf alınıb, onların böyük əksəriyyəti fevralda Qara Tarix Ayı qeyd olunan zaman gəlib.

Təhdidlər nifrət cinayəti kimi araşdırılır.

Cümə axşamı Konqresin dinləmələrində federal hüquq-mühafizə orqanları 59 iş üzrə həbslərin aparılması üçün aqressiv işlədiklərini və işi "ən yüksək prioritetləri" hesab etdiklərini deyib.

Federal Təhqiqat Bürosunun məlumatına görə, altı şübhəlinin hamısı yeniyetmədir.

FTB kəşfiyyat şöbəsinin icraçı köməkçisi Rayan Yanq deyib ki, müstəntiqlər “bir nəfər və kiçik bir qrup”u müəyyən edib. Təhdidlərdən bəziləri təqlid cinayətləri ola bilər.

Yanq Nümayəndələr Palatasının Nəzarət Komitəsinə deyib: "Niyyətimiz bu şəxsləri ədalət qarşısına çıxarmaqdır".

Bayden administrasiyası bu həftə təhdidlərə cavab olaraq bir sıra tədbirlər elan edib.

Təhsil Nazirliyi kolleclərə təhdidlərin öhdəsindən gəlməyə və federal agentliklərdən kömək almaq üçün təlimat verib.

Ölkənin ilk qaradərili vitse-prezidenti Vaşinqtonda tarixən qaradərili institut olan Hovard Universitetinin məzunu Kamala Harris tədris oçaqlarının zorakılıqdan qorunması üçün kolleclərəq rantlar almaq hüququna malik olduqlarını deyib.

Təhdidlərlə bağlı heç bir partlayıcı tapılmayıb, lakin tələbələr zorakılıq ehtimalının onların həyatlarına təsir etdiyini deyir.

Təhdidlə, bəzən gecə gec saatlarda tələbələri narahat edənqapanma və evakuasiyalara səbəb olub.

Yanvar ayında Howard Universiteti (Vaşinqton), Cənubi Universitet və A&M Kolleci (Luiziana), Bethune-Cookman Universiteti (Florida), Bowie State University (Marilend), Albany State University (Gorciya) və Delaver State University (Delaver) təhdidləri təsdiqləyib.

Cənubi Universitet və A&M Kolleci ilkin olaraq bildirmişdi ki, dərslər ləğv edilib və tələbələr hər şeyə aydınlıq gətirilənə qədər yataqxana otaqlarında qalacaqlar. Həmin vaxt 18 kollec və universitet təhdid mesajları alıb.

Yanq altı yeniyetmə haqqında əlavə məlumat verməkdən imtina edib, llakin onların istintaqdan xəbərdar olduqlarını bildirib.

İstintaq FTB-nin 31 sahə ofisində və digər bölmələrdə, o cümlədən kibercinayətlər bölməsində aparılır.

Təhdidlər qaradərili amerikalılara qarşı bomba və digər zorakılıqları bir daha yada salıb.

Nəzarət Komitəsinin qanunvericiləri 1963-cü ildə dörd gənc qara qızın ölümünə səbəb olan Alabama kilsəsinin bombalanmasını xatırladıb.

Digərləri 1999-cu ildə Florida A&M Universitetindəki partlayışı yada salıb. O zaman heç kim xəsarət almasa da, iki boru bombası partladılmışdı.

Nümayəndələr Palatası keçən həftə təhdidləri pisləyən və təhsil ocaqlarına dəstəyi təsdiqləyən bir qətnamə qəbul edib.

Lakin Demokratlar Konqresin daha çox iş görməli olduğunu, bəziləri isə qaradərililərin HBCU kimi tanınan tarixi kollec və universitetlərin təhlükəsizliyi, infrastrukturu və digər xərcləri üçün maliyyələşdirməsini artıracaq qanunvericiliyə çağırışlar edib.

XS
SM
MD
LG