Accessibility links

İnsanlar Rusiya-Azərbaycan sərhədini keçə bilmədiyini bildirir–siyasi bəyanat, sərhəddə gözləyənlər və rəsmi münasibət


Rusiya-Azərbaycan sərhədi (Foto: Ənvər Həsənov)
Rusiya-Azərbaycan sərhədi (Foto: Ənvər Həsənov)

Vətənə qayıtmaq istəyən yüzlərlə azərbaycanlı Dağıstanda ağır şəraitdə Rusiya-Azərbaycan sərhədinini keçməyi gözləyir.

Bu barədə Müsavat Partiyasının bəyanatında deyilir.

“Rusiyalı sərhədçilər soydaşlarımızı Dərbənd yaxınlığındakı Macalis yaşayış məntəqəsində fəaliyyət göstərən sığınacağa yönləndirirlər. Lakin ölkəmizə qayıtmaq istəyənlərin sayı çox olduğu üçün onlar bu düşərgəyə yerləşmir, insanlar yağışlı-qarlı havada açıq səma altında gecələmək, antisanitariya şəraitində ac-susuz yaşamaq məcburiyyətində qalırlar,” sənəddə deyilir.

Azərbaycan hökuməti bu vəziyyəti koronavirus pandemiyası ilə əlaqədar sərhəd keçidinə tətbiq edilən müvəqqəti məhdudiyyətlərlə izah edir.

İki il ərzində Azərbaycan hakimiyyəti əvvəlcədən tərtib edilmiş siyahılar üzrə sərhəddən ayda bir dəfə buraxılışı təmin edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, sonuncu dəfə fevralın 28-də 540 nəfərin “Yaraq Qazmalar – Samur” dövlət sərhəd-keçid buraxılış məntəqəsindən Azərbaycana qrup halında keçidi təmin edilib.

Rusiyadan qayıdanların sayının artması Ukraynaya hərbi təcavüzə cavab olaraq Rusiyaya qarşı sanksiyalar səbəbindən bu ölkədə iqtisadi vəziyyətin pisləşməsindən qaynaqlanır.

Rusiya və Azərbaycan arasında birbaşa hava əlaqəsinin dayandırılması da vəziyyəti ağırlaşdırıb.

Ukraynanı tərk edən azərbaycanlılar Moldova ərazisində də analoji problemlərlə üzləşməkdədirlər.

Müsavat Partiyası Rusiyadan və Ukraynadan Azərbaycana köçün getdikcə artacağı barədə xəbərdarlıq edərək, Azərbaycan hakimiyyətindən ölkə vətəndaşlarına sahib çıxmasını, soydaşların sərhədi keçməsilə bağlı məhdudiyyətlərin aradan qaldırılmasını tələb edir.

Ənvər Həsənov Rusiya-Azərbaycan sərhədində qalan Azərbaycan vətəndaşlarından biridir. O, Amerikanın Səsinə bildirib ki, hazırda mindən çox insan Rusiya tərəfdən sərhədi keçərək Azərbaycana gəlmək üçün gözləyir.

“Burada insanların durumu çox ağırdır. Sanitar qovşağı, hamam yoxdur. Yemək vermirlər. İnsanlar açıq havada gecələyir. Hərə bir tərəfdə bir tonqal qalayıb.”

please wait

No media source currently available

0:00 0:01:30 0:00

Həsənov insanların sərhəddə qaldığını əks etdirən video görüntüləri də Amerikanın Səsinə göndərib. Videolarda görünür ki, sərhədin Rusiya tərəfində çoxsaylı minik avtomobilləri gözləyir, insanlar beton döşəmənin üstündə gecələyir, meşədə açıq havada tonqal qalayaraq qızınır.

“Azərbaycan sərhəddə gözləyən insanların birdəfəlik ölkəyə keçməsinə şərait yaratmır. Hər dəfə 300-500 nəfər keçirirlər. Rusiyadakı iqtisadi durumun pisləşməsi səbəbindən bu ölkədəki azərbaycanlılar geri qayıtmaq üçün sərhədə gəlirlər. Onların axını hər gün artmaqda davam edir. Problemi birdədəfəlik həll etmək lazımdır, sərhədi açmaq lazımdır,” o qeyd edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, ölkədə sərhəddə quru ərazidən keçidlə bağlı qərarı Nazirlər Kabineti verir. Nazirlər Kabinetinin göstərişi olandan sonra Xarici İşlər Nazirliyi qərarı icra edir.

Nazirlər Kabinetinin Mətbuat Xidməti isə Amerikanın Səsinin Rusiya-Azərbaycan sərhədindəki durumla bağlı sorğusuna hələ cavab verməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG