Accessibility links

İran Azərbaycanında ilin son çərşənbəsi yüzlərlə insan xəsarət alıb


İran Azərbaycanında ilaxır çərşənbəsi yüzlərlə insan xəsarət alıb
İran Azərbaycanında ilaxır çərşənbəsi yüzlərlə insan xəsarət alıb

İran Azərbaycanının 4 vilayətində ilin son çərşənbəsi keçirilən mərasimlərdə 556 nəfərin xəsarət aldığı bildirilir. Bunun səbəbi son illərdə ilaxır çərşənbəsi günü atəşfəşanlıqlar zamanı alovlanan və partlayıcı materiallardan istifadənin artması ilə izah edilir.

İLNA xəbər agentliyinin yayımladığı məlumata görə, Şərqi Azərbaycan vilayətində 249 nəfər son çərşənbə günü xəsarət alıb.

Qərbi Azərbaycan, Ərdəbil və Zəncan vilayətlərində müvafiq olaraq 183, 77 və 47 nəfərin atəşfəşanlıq zamanı yaralandığı qeyd edilib. Xəbər portallarında yayımlanan bu rəqəmlərə görə, İran Azərbaycanının 4 vilayətində 556 nəfər axır çərşənbə bayramında xəsarət alıb. Ərəbildə isə bir vətəndaşın həyatını itirdiyi bildirilib.

Ölkənin fövqəladə hallar xidmətlərinin açıqladığı son statistik məlumatlara görə, Tehran və Şərqi Azərbaycan vilayətlərində ən çox yaralanan sayı qeydə alınıb.

Ölkə üzrə ümumilikdə 19 nəfər həyatını itirib, 2817 nəfər isə yaralanıb.

İranda yeni ildən əvvəl gələn çərşənbə ilaxır çərşənbəsi olaraq bayram kimi qeyd edilir. Ənənəyə görə, həmin gün insanlar tonqallar yandırıb üstündən atılır. Lakin son illər atəşfəşanlıq zamanı alovlanan və partlayıcı materiallardan istifadənin artdığı və bunun nəticəsində yanıq yaraları və bəzi hallarda isə amputasiya hallarının olduğu qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG