Accessibility links

Güneyli siyasi məhbus Tovhid Əmir Əmini kəşfiyyat nazirliyinin təcridxanasında dindirilib


Tovhid Əmir Əmini

İran paytaxtı Tehrandakı Evin həbsxanasında saxlanılan siyasi məhbus Tovhid Əmir Əmini dindirilmək üçün bu həbsxanada kəşfiyyat nazirliyinin təcridxanasına köçürülüb.

Bu haqda insan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi məlumat yayıb.

Güneyli siyasi məhbus Tovhid Əmir Əmini martın 17-də ailəsi ilə qurduğu qısa müddətli telefon əlaqəsi zamanı dindirilmək üçün İranın kəşfiyyat nazirliyinin Evin həbsxanasındakı təcridxanasına köçürüldüyünü bildirib.

Hazırda 5 illik həbs cəzasını Evin həbsxanasının 4-cü bölməsində çəkməkdə olan Əmir Əmini sorğu-suala çəkilərkən təhlükəsizlik qüvvələri tərəfindən təhdid edilib.

Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, kəşfiyyat məmurları Tovhid Əmir Əminini fəaliyyətlərini dayandırmadığı təqdirdə həbs cəzasının uzadılması ilə hədələyiblər.

Əmir Əminini sorğu-suala çəkən təhlükəsizlik qüvvələri onların sözlərini dinləyib və fəaliyyətlərini dayandırdığı təqdirdə pul və bir sıra digər imtiyazlar təklif ediblər.

Siyasi məhbusun təhlükəsizlik qüvvələrinin hədələri və təkliflərini rədd etdiyi bildirilir.

Türk dil haqları fəalı Tovhid Əmir Əmini 2019-cu ilin fevral ayında Beynəlxalq Ana Dili Günündə Tehran şəhərində Kiyanuş Aslani adlı digər milli fəalla birlikdə əhali arasında ana dili məzmunu ilə broşürlər payladıqları zaman təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdilər.

Məhkəmədə "İran İslam Respublikasına qarşı təbliğat aparmaq" və "ölkə təhlükəsizliyinə əleyhinə toplaşmaq və əlbir olmaq" ittihamları ilə suçlanan Əmir Əmini birinci məhkəmə iclasında Tehran İnqilab Məhkəməsində 9 il həbs cəzasına məhkum edilmişdi.

Daha sonra Tehran Apellyasiya Məhkəməsi fəalın həbs cəzasını 7 il 1 aya azaldıb. Bu cəza İranda məhkəmə sisteminin həbs cəzasını azaltma qanunu ilə 5 illik həbsə endirilib.

İran Azərbaycanının Ərdəbil vilayətindən olan milli fəal Tovhid Əmir Əmini daha öncə də apardığı mədəni fəaliyyətlərlə əlaqədar olaraq həbs edilib. O, tanınmış siyasi məhbus Abbas Lisaninin həbsinə etiraz etdiyi üçün 6 ay həbs və qamçı cəzasına məhkum edilmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Federal Təhqiqatlar Bürosu Trampın iqamətgahında axtarış aparıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00
XS
SM
MD
LG