Accessibility links

Rusiya və Azərbaycan Rusiya təyyarələrinə həbs qoyulması barədə məlumatı təkzib edib


Təyyarə
Təyyarə

Azərbaycanda Rusiya təyyarələrinə həbs qoyulması barədə məlumat həqiqətə uyğun deyil.

Bu barədə Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakıda Rusiya təyyarələrinə həbs qoyulması ilə bağlı Rusiya Nəqliyyat naziri Vitali Savelyevin fikirlərini şərh edərkən bildirib.

Son bir ay ərzində xaricdə Rusiya aviaşirkətlərinə məxsus 1367 təyyarədən 78-nə həbs qoyulub. Onların Rusiyaya qaytarılmasından artıq söhbət getmir, Savelyev martın 22-də bildirib.

Onun sözlərinə görə, təyyarələrin çoxu Rusiyaya dost olan Türkiyə, Ermənistan, Azərbaycan və digər ölkələrdə saxlanılıb. Hakimiyyət təyyarələrin alınması ilə bağlı danışıqlar aparmağa cəhd edib, lakin xarici şirkətlər danışıqlara hazır deyil.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bildirib ki, Rusiya Federasiyası Nəqliyyat Nazirliyinin bu bəyanatı həqiqəti əks etdirmir və təəccüb doğurur. Azərbaycanda Rusiya təyyarələrinə həbs qoyulmayıb.

"Rusiyanın aidiyyatı təşkilatlarını həqiqəti əks etdirməyən bu məlumatı təkzib etməyə çağırırıq," nazirlikdə deyiblər.

Öz növbəsində, apa agentliyi bu gün Rusiya Nəqliyyat Nazirliyinin nazirin dediklərini təkzib etdiyi barədə məlumat yayıb.

“Martın 22-də Rusiya Federasiyasının nəqliyyat naziri Vitali Savelyevin Federasiya Şurasının iqtisadi siyasət komitəsində çıxışı zamanı səsləndirdiyi məlumat təsadüfən səhv olub. Azərbaycanda Rusiya aviaşirkətlərinin təyyarələri həbs edilməyib. Bu məlumat təsadüfi səhv olub. Azərbaycandan olan həmkarlarımızdan üzr istəyirik,” apa agentliyi Rusiya Nəqliyyat Nazirliyinə istinadən bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG