Accessibility links

Tanınmış Təbrizli yazar Rza Bərahəni 86 yaşında vəfat edib


Rza Bərahəni

Təbrizli şair, yazar, ədəbiyyatşünas və Pen Kanadanın sabiq prezidenti Rza Bərahəni 86 yaşında Kanadanın Toronto şəhərində vəfat edib.

Bu haqda mərhumun oğulları Oqtay və Arslan Bərahəni sosial mediada məlumat veriblər.

Görkəmli alimin vəfatının səbəbi açıqlanmayıb. Lakin, o, uzun müddət idi altsheymer xəstəliyindən əziyyət çəkirdi.

Təbriz və İstanbul universitetlərində təhsil almış Bərahəni İranda ikən bədii fəaliyyətlər ilə birlikdə bir müddət Tehran Universitetində İngilis dili və ədəbiyyatı professoru olaraq çalışıb.

O, həm Pəhləvi həm də İslam Respublikası dönəmində İran Azərbaycanı və Tehranda demokratiya, insan hüquqları, ifadə azadlığı və türk dil haqları uğrunda, habelə istibdad və senzuraya qarşı mübarizə aparıb və bu səbəblə həbs və işgəncəyə məruz qalıb.

Rza Bərahəni şeir, roman və ədəbi tənqid sahəsində fars və ingilis dillərində yazılmış onlarla əsərin müəllifidir. O, “Yurdumun Sirləri” və “Öldürənlərin Avazı” kimi romanlarında İran Azərbaycanındakı siyasi basqılar, yoxsulluq, kimlik böhranı və türk dilində təhsil qadağası kimi mövzulara yer verib.

1970-ci illərdə ABŞ-da yaşayan yazar ABŞ qəzetlərində İranla bağlı məqalələr dərc edib. O, həmin illərdə dünyanın digər ölkələrində də insan haqları pozuntularını gündəmə gətirmək üçün fəaliyyət göstərib. Mərhum Rza Bərahəni 1976-cı ildə Pavel Litvinov və Martin Sostre ilə birlikdə Sovetlərin həbs etdiyi Mustafa Cəmil Krımoğluna dəstək olaraq ABŞ qəzetlərində birgə bəyanat yayımlayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. MAQATE Zaporojye AES-də nüvə təhlükəsi olmadığını bildirir
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG