Accessibility links

Azərbaycan və Rusiya müdafiə nazirləri Qarabağda vəziyyətin sabitləşdirilməsi yollarını müzakirə edib


Martın 25-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Azərbaycan müdafiə naziri Zakir Həsənov telefonla Qarabağ bölgəsində vəziyyətin sabitləşdirilməsi yollarını müzakirə edib.

“Müdafiə nazirləri vəziyyəti sabitləşdirmək və təhlükəsizliyi qorumaq yollarını müzakirə edib,” Rusiya Müdafiə nazirliyi qeyd edir.

Tərəflər həmçinin sülhməramlı əməliyyatın gedişi və onun həyata keçirildiyi zonada humanitar vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Son günlər Qarabağda gərginlik yaranması, qarşılıqlı atışmalarla bağlı məlumatlar yayılmaqdaqdır.

Erməni rəsmi mənbələrinin məlumatına görə, martın 24-də Azərbaycan Silahlı Qüvvələri Rusiya sülhməramlılarının cavabdehlik zonasında Əsgəran rayonunun Faruq kəndi və yaxınlıqdakı mövqeləri nəzarətə götürüb, bundan sonra onlar Dağlıq Qarabağın şərq istiqamətində irəliləməyə cəhd edib.

“Martın 25-də Azərbaycan Silahlı Qüvvələri Dağlıq Qarabağ Müdafiə Ordusunun mövqelərini atıcı silahlardan deyil, həm də PUA-lardan da istifadə etməklə atəşə tutub. Nəticədə qarşı tərəfin azı beş hərbçisi həlak olub, bir erməni əsgəri isə yaralanıb.”

Bu barədə özünü Dağlıq Qarabağın Müdafiə Ordusu adlandıran qurumun mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində guya PUA-ların istifadə edilməsi ilə silahlı toqquşmanın baş verməsi və nəticədə “Azərbaycanm hərbi qulluqçularının həlak olması barədə Ermənistan tərəfinin yaydığı təxribat xarakterli xəbərlər yalandır.”

"Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri güc tətbiq etmədən mövqelərin və dislokasiya məntəqələrinin yerlərinin dəqiqləşdirilməsi prosesini davam etdirir. Bölmələrimiz əməliyyat şəraitinə tam nəzarət edir," nazirlik qeyd edir.

Azərbaycan və Rusiya müdafiə nazirlərinin telefon danışığından öncə, martın 24-də Rusiya və Ermənistan müdafiə nazirləri arasında telefon söhbəti olub.

Rusiya Müdafiə Nazirliyi bildirir ki, Sergey Şoyqu Ermənistan müdafiə naziri Suren Papikyanla regiondakı mövcud vəziyyəti və Rusiya sülhməramlılarının Dağlıq Qarabağda tapşırıqlarını yerinə yetirdiyi əraziləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edib.

Rusiya Federasiyası Müdafiə Nazirliyinin Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlı kontingentinin məlumatına görə, Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir.

“İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyətin gecə-gündüz monitorinqini aparırlar və atəşkəs rejiminə riayət olunmasına nəzarət edir.

Rusiya sülhməramlılarının təhlükəsizliyini təmin etmək və baş verə biləcək insidentlərin qarşısının alınması, Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır,” məlumatda qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış.Rusiya məktəbində 11-i uşaq olmaqla, 15 nəfər qətlə yetirilib
please wait

No media source currently available

0:00 0:13:09 0:00
XS
SM
MD
LG