Accessibility links

Yunanıstan-Bolqarıstan İnterkonnektoru TAP kəmərinə qoşulub


Yunanıstan-Bolqarıstan İnterkonnektoru (Interconnector Greece – Bulgaria, IGB) Azərbaycandan Bolqarıstana təbii qaz nəql edəcək Trans-Adriatik Qaz Boru Kəmərinə (TAP) qoşulub.

ICGB (Gas Interconnector Greece-Bulgaria, Yunanıstan-Bolqarısan Qaz İnterkonnektoru) müstəqil ötürmə operatoru bildirir ki, birləşmə Komotinidəki qaz ölçmə stansiyasının mövcud TAP infrastrukturuna iki qızıl qaynaqla birləşdirilməsi ilə tamamlanıb.

“IGB işə salındıqdan sonra bu qoşulma əvvəlcə Bolqarıstanı ildə 1 milyard kubmetr qazla təmin edəcək, sonrakı mərhələdə isə bu həcm 3 milyard kubmetrə qədər artacaq ki, bu da interkonnektorun hazırkı gücünə uyğundur,” operator vurğulayıb.

İnterkonnektorun kommersiya fəaliyyətinə başlaması 2022-ci ilin iyulunda baş tutacaq və bu, Bolqarıstana təkcə Azərbaycan qazını almağa deyil, həm də onu Yunanıstanın LNG terminallarından nəql etməyə imkan verəcək, bu isə Rusiyanın ölkənin qaz bazarındakı monopoliyasını aradan qaldıracaq.

“IGB layihəsi Bolqarıstan və Cənub-Şərqi Avropa regionu üçün tədarük təhlükəsizliyinin artırılması və təbii qaz mənbələrinin şaxələndirilməsinin təmin edilməsində mühüm əhəmiyyət kəsb edir. Regional səviyyədə IGB Bolqarıstan bələdiyyələri və hələ qoşulma imkanı olmayan regionlar üçün qaz ötürücü şəbəkəyə çıxışı təmin edəcək. Yunanıstan ilə interkonnektor təbii qazın Avropaya ötürülməsi üçün tamamilə yeni marşrutdur, Bolqarıstan və regiona yeni mənbələrdən təchizat əldə etmək imkanı verəcək. Layihə ölkəmizi Cənub Qaz Dəhlizi ilə birləşdirəcək və TAP, TANAP, EastMed və Aleksandrupolisdəki LNG terminalı kimi böyük enerji layihələri ilə əla sinerjiyə malikdir,” ICGB-nin Bolqarıstan tərəfdən icraçı direktoru Teodora Georgieva bildirib

Neft Araşdrımaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, Bolqarıstan çox keçməz Azərbaycandan ötən illə müqayisədə qaz idxalını 3 dəfəyədək artırmaq imkanı əldə edəcək.

“Bu Bolqarısatnın Rusiyadan qaz asılılığını ilkin olaraq 35 faizədək azaldacaq. Rəsmi Sofiya Azərbaycandan əlavə qaz həcmləri almaq üçün artıq Azərbaycan Dövlöt Neft Şirkıtinə (SOCAR) müraciət edib,” ekspert qeyd edib.

Eyni zamanda layihənin ikinci mərhələsi təklif edilib ki, bu da kəmərin ötürücülüyünü ildə 5 milyard kubmetrə çatdıracaq.

IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən təbii qazın Bolqarıstana nəqlini nəzərdə tutur. Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçir. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmindədir.

Cənub Qaz Dəhlizinin inkişafı çərçivəsində İGB vasitəsilə Cənub-Şərqi və Mərkəzi Avropa ölkələri Xəzər regionundan alternativ tədarüklərə və mayeləşdirilmiş təbii qaz idxal etmək imkanına malik olacaq.

TAP-ın ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliyanın cənubundan keçir. Qaz kəmərinin ötürmə qabiliyyətinin ildə 20 milyard kubmetrə qədər çatdırılması planlaşdırılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG