Accessibility links

Azərbaycanın Baku.ws saytına Rusiya ərazisində blok qoyulub


Bu gün, martın 28-də Azərbaycanın daha bir internet mediası, Baku.ws saytına Rusiya ərazisində blok qoyulub.

Baku.ws saytının təsisçisi Orxan Məmmədov Amerikanın Səsinə bildirib ki, qərar "Roskomnadzor" (Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti) tərəfindən qəbul edilib.

"Roskomnadzor"un bu addımı qərəzli və qanunsuzdur. Bizim sayt 18 ildir Azərbaycan və Rus dillərində beynəlxalq standartlara uyğun xəbərlər yayır. Rusiya və Ukrayna arasında 24 fevral tarixində başlayan müharibədən də dəqiq, qərəzsiz və hər iki tərəfin təqdim etdiyi məlumatları dərc etməyimizə baxmayaraq, Rusiya tərəfindən demokratiya və söz azadlığına zidd mövqe ilə rastlaşdıq, saytımızın bu ölkənin ərzaisində yayılmasını məhdudlaşdırdılar,” saytın təsisçisi Amerikanın Səsinə deyib.

Baku.ws internet saytı 2004-cü ildə təsis edilib.

Xatıraldaq ki, bu günə qədər Rusiya ərazisində Azərbaycanın "haqqin.az, virtual.az, minval.az, musavat.com, oxu.az saytlarına giriş məhdudlaşdırılıb.

Azərbaycan Mətbuat Şurası Azərbaycanın bir sıra internet medialarının Rusiyada yayımının məhdudlaşdırılması ilə bağlı bəyanat yayıb.

“Rusiya tərəfindən söz və ifadə azadlığına, plüralizmə aşkar sayğısızlıq törədilir. Bu, beynəlxalq miqyasda qəbul edilmiş prinsip və normalara, bəşəri dəyərlərə etinasız yanaşmadır. Bu, eyni zamanda, Rusiya cəmiyyətinin obyektiv məlumat almaq, alternativ fikirlə tanış olaraq düzgün nəticəyə gəlmək hüququnun məhdudlaşdırılmasıdır,” Mətbuat Şurasının bəyanatında qeyd edilir.

Öz növbəsində, Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti Azərbaycanın internet medialarının bu ölkənin ərazisində fəaliyyətinin məhdudlaşırlmasının səbəbləri ilə bağlı hələ açıqlama verməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG