Accessibility links

Jurnalist: Xarkivdə atışmalar davam edir


“Xarkivə dünən günorta gəlmişəm. Burada atışmalar davam edir. Atəş səsləri hazırda da aydın eşidilir. Axşam 10-15 dəqiqə fasiləsiz həyəcan siqnalları verildi.”

Bu barədə, bu gün, martın 30-da Xarkivdə olan Turan İnformasiya Agentliyinin müxbiri Əziz Elxanoğlu Amerikanın Səsinə müsahibəsində bildirib.

Əziz Elxanoğlu: Xarkivdə atışmalar davam edir
please wait

No media source currently available

0:00 0:05:37 0:00

Onun sözlərinə görə, şəhərdə saat 14-də bütün mağazalar bağlanır.

“Mağzalarda spirtli içkilər satılmır. Siqaret yoxdur. Çörək, yumurta qıtlığı hiss edilir. Mağazalarda əksər rəflər boşdur. İnsanlar saat 14-dək mağazlardan nə aldı-aldı, sonra öz sığınacaqlarına qayıdırlar. Saat 19-dan sonra küçələrdə insan görünmür. Hamı sığınacaqlara gedir. Bir çox insanlar isə dəmir yolu vağzalındadırlar, şəhəri tərk edirlər.”

Jurnalist şəhərədə gərginliyin davam etdiyini bildirib. O, şəhərin mərkəzində, “Azadlıq” meydanına düşmüş “Smerç” tipli raketin qalıqlarını gördüyünü deyib.

“Ətraf ərazilərdəki əsas binalar, yaşayış binalarının demək olar ki, əksəriyyəti dağıdılıb. Küçələrdə polis postları qoyulub.”

Elxanoğlu əhali ilə söhbətlər aparıb.

“Deyirlər ki, mülki əhalinin təxminən 5-10 faizi şəhərdə qalıb. Qalan insanlar şəhəri tərk edib. Mən indi bir ticarət mərkəzinin qarşısındayam. Burada çox az sayda insan var. Onlar ərzaq alan kimi mağazanı tərk edir. İnsanlar xəbərdar edilir ki, küçələrdə olmaq maksimum təhlükəlidir. Amma əvvəllər qələbəlik olurmuş.”

Jurnalist bildirib ki, şəhərdən çıxış üçün insanlar əsasən qatarlardan istifadə edir.

“Şəhərə humanitar yardımlar da davam etdirilir. Əsasən könüllülər işləyir. Sığınacaqlarda olanlara, dəmir yolu stansiyasında pulsuz ərzaq və digər lazımi əşyalar paylanılır.”

Əziz Elxanoğlu hesab edir ki, Kyivlə müqayisədə Xarkivdə vəziyyət daha gərgindir.

“Küçələrdə barrikadalar qurulub. Hər 500 metrdən bir tank əleyhinə maneələr qoyulub. Avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Ciddi polis yoxlamaları var. Avtomobillərin yük yerinədək yoxlayırlar. Şübhəli bilinən insanları saxlayırlar. Məni də saxladılar və akreditasiyam olduğu üçün sərbəst buraxdılar. İnsların özləri də gərgindir, bu açıq hiss olunur. Bir də bütün insanlar silahlıdır. Onlar da qanun-qaydaları bilmirlər, bu səbəbdən də necə davranacalqarını bilmirlər. Bizi saxlamışdılar ki, çəkiliş edə bilməzsiniz. Hərbi polisə müraciət edəndən sonra sərbəst buraxdılar.”

Jurnalsit deyib ki, şəhərdə ciddi müdafiə tədbirləri görülüb.

“Hər bir hotelin, binaların, xəstəxanaların qarşısında, pəncərlərində qum kisələri qalaqlayıblar,” o qeyd edib.

XS
SM
MD
LG