Accessibility links

Urmiyə gölünün su səviyyəsi daha da azalıb


İranda yayılan son statistikalar Urmiyə gölünün su səviyyəsinin azalmasını göstərir.

Mehr xəbər agentliyinin yaydığı məlumata əsasən, Urmiyə gölünün su səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 68 sm azalıb.

Qərbi Azərbaycan Regional Su Şirkətinin rəsmisi, son statistikalara əsasən, Urmiyə gölündə su səviyyəsinin 1270 metr 74 santimetrə olduğunu bildirib. 2021-ci ilin sentyabr ayının sonlarında gölün su səviyyəsi 1270 metr 65 santimetr idi.

Mehrəng Dusti Rzayi “Urmiya gölünün səviyyəsi ötən ilin eyni dövründən xeyli fərqlənir və onun hazırkı səviyyəsi keçən ilin eyni dövrü ilə müqayisədə 68 sm aşağıdır”- deyə, əlavə edib.

Dusti Rzayi Urmiyə gölünün sahəsinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 1226 kvadratkilometr azaldığını vurğulayıb.

Qərbi Azərbaycan Regional Su Şirkətinin Əsas Su Ehtiyatlarının Tədqiqatları üzrə direktoru Dusti Rzayi Urmiyə gölünə buraxılan su miqdarının keçən il ilə müqayisədə 25% azaldığını bildirib.

Onun dediklərinə görə, 2020-ci ilin sentyabr ayının sonlarından həmin ilin mart ayının ortalarına kimi Urmiyə gölünə 384 milyon kubmetr su daxil olub lakin 2021-ci ildə həmin tarixlər arasında Urmiyə gölünə 367 milyon kubmetr su buraxılıb.

Günü-gündən vəziyyəti daha da pisləşən və qurumaq üzrə olan Urmiyə gölünün su hüquqlarını təmin etmək üçün Urmiyə Gölü Bərpası Qərargahının proqramlarından biri göl ətrafında olan bəndlərin arxasındakı su anbarlarından gölə doğru su buraxmaqdır.

Urmiyə gölünün qurumasının əsas səbəblərindən biri gölə axan çayların qarşısında lazım olmayan və prinsipsiz bir şəkildə tikilən çoxlu sayda bəndlərdir.

İran Azərbaycanında vətəndaşların dəfələrlə bu bəndlərin ortadan götürülməsi və gölə su buraxılması üçün etirazlarına baxmayaraq bu iş sadəcə bir vəd kimi İran parlameti namizədləri və ya prizidentləri dilindən eşidilib.

XS
SM
MD
LG