Accessibility links

Naxçıvanda məktəbin uçması nəticəsində 4 nəfər ölüb


Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbi
Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbi

Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbində aparılan yenidənqurma işləri ilə əlaqədar binanın uçması nəticəsində ölənlərin sayı dördə çatıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti rəsmi məlumat yayıb.

Məlumata görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Babək rayon idarəsində fəhlə işləyən üç nəfər hadisə yerində ölüb, bir nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Prokurorluq bildirib ki, axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntılar içərisində daha bir nəfərin cəsədi aşkar edilərək çıxarılıb.

Hadisə ilə bağlı hələlik zərərçəkən və ölənlərin yaxınlarından münasibət almaq mümkün olmayıb.

Qeyd edək ki, hadisə martın 31-də baş verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG