Accessibility links

Lənkəran Universitetində Amerika Guşəsinin açılışı olub


The U.S. Embassy celebrates the opening of the Lankaran American Corner
The U.S. Embassy celebrates the opening of the Lankaran American Corner

ABŞ-nin Azərbaycandakı səfirliyi aprelin 1-də Lənkəran Dövlət Universitetində yerləşən Lənkəran Amerika guşəsini açıb.

Bu barədə səfirliyin rəsmi məlumatında deyilir.

Məlumata görə açılış mərasimində səfir Litzenberger iştirak edərək yerli icma üçün müxtəlif təhsil və mədəniyyət imkanlarının mərkəzi olan Amerika guşəsinin əhəmiyyəti barədə qısa məlumat verib.

Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov da tədbirdə çıxış edib.

Lənkəran Amerika guşəsinə yeni avadanlıq, texnologiya və materiallar təqdim olunacaq. Güşə dil öyrənmək və təhsil proqramları üçün artıq açıqdır.

“Amerika guşələri və xalqlarımız arasında əlaqələrimiz Azərbaycan vətəndaşları ilə münasibətlərimizin təməl daşıdır. Burada görəcəyimiz iş – ingilis dili proqramları, gənclərin cəlb edilməsi, iş və təcrübə artırılması üzrə kurslar insanların həyatında müsbət fərq yaradacaq. İngilis dili dünyaya, daha zəngin həyata və yaxşılaşdırılmış məşğulluq perspektivlərinə körpüdür. Dünyanın daha çox hissəsi şəhərinizin təbii gözəlliyi və inanılmaz mədəni irsi haqqında öyrəndikcə, turistlərin sayı artacaq. ”deyə səfir Litzenberqer qeyd edib.

Amerika Məkanları (American Spaces) proqramı Azərbaycan Dillər Universitetində yerləşən öndə olan Bakı Amerika Mərkəzi və Gəncə, Kürdəmir, Salyan, Xaçmaz və Şəkidə yerləşən, indi isə Lənkəranda açılacaq Amerika güşələrini birləşdirir. Mərkəz və Guşələr ingilis dilini təkmilləşdirmək, Birləşmiş Ştatlar barədə məlumat əldə etmək, təhsil və mübadilə proqramları barədə daha ətraflı öyrənmək və Maker Space-də (Yaradıcılıq Məkanında) yüksək innovativ texnologiya layihələrində iştirak etmək imkanları yaradır. Guşələr, bacarıqların artırılması üzrə peşəkar proqramlar həmçinin, mühazirələr, ingilis dili danışıq klubları və hər bir icma numayəndəsi üçün təcrübələrinin artırılması üzrə peşəkar proqramlar təklif edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG