Accessibility links

Azərbaycan Avropa Məhkəməsinin qərarlarının icra edilməməsi üzrə 5-ci ölkədir


Azərbaycan Avropa Məhkəməsinin qərarlarının icra edilməməsi üzrə beş ölkə sırasında yer alıb.

Bu barədə Amerikanın Səsinə hüquqşünas Xalid Ağaliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda 271 qərar icrasını gözləyir.

Hüquqşünas qeyd edir ki, qonşu ölkələrdən Gürcüstan 63, Ermənistan isə 50 qərarı icra etməyib.

“Azərbaycandan 2021-ci ildə cəmi 46 qərar icra mərhələsinə daxil olub. 2020-ci ildə bu göstərici 51 olmuşdu. İcra mərhələsinə daxil olan qərarların əksəriyyəti təkrarlanan işlərdir – 43 qərar. 2021-ci ildə cəmi 3 aparıcı qərar icra mərhələsinə daxil olub. 2020-ci ildə belə qərarların sayı 11 olmuşdu.”

Xalid Ağaliyev deyir ki, ötən ildə Ermənistandan 22, Gürcüstandan isə 12 qərar icra mərhələsinə daxil olub. 2021-ci ildə ən çox Rusiya (267) və Ukrayanaya (196) qarşı qərarlar icra mərhələsinə daxil olub.

“Azərbaycanla bağlı icra edilməmiş qərarların 235-i təkrarlanan, 49-u isə aparıcı işlərdir. Qonşu ölkələrdən Gürcüstan 63, Ermənistan isə AİHM-in 50 qərarını icra etməyib.”

Xalid Ağaliyev qeyd edir ki, AŞ NK-nın məlumatlarında son 3 ildə Azərbaycanın icra üzrə göstəricilərində yaxşılaşma müşahidə olunur.

“2021-ci ildə ümumilikdə 1122 qərarın icrasına nəzarət apadılıb. İcrasına nəzarət qapadılan işlərin 170-i aparıcı, 952-si təkrarlanan işlər olub. 2021-ci ildə Azərbaycanla bağlı 12 qərarın icrasına nəzarət qapalı elan edilib. 2020-ci ildə icrası başa çatan işlərin sayı 6 olmuşdu.”

Ödənilmiş təzminatlara gəldikdə isə, o qeyd edib ki, sənədə görə, Azərbaycanın ərizəçilərə ödədiyi təzminatın ümumi məbləği 890 min avro olub.

“İl ərzində ən çox təzminatı Rusiya (11 milyon 917 min), İtaliya (3 milyon 190 min) və Moldova (2 milyon 558 min) ödəyib. Ərizəçilərə qonşu ölkələrdən Gürcüstan 106 min, Ermənistan isə 298 min avro təzminat ödəyib” deyə hüquqşünas bildirib.

Azərbaycan höküməti bu hesabatla bağlı hələlik hər hansı bir rəsmi açıqlama verməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. MAQATE Zaporojye AES-də nüvə təhlükəsi olmadığını bildirir
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG