Accessibility links

Almaniyadan deportasiya olunan fəal dindirilib


Samir Ashurov

Almaniyadan deportasiya olunan siyasi fəal Samir Aşurov aprelin 1-də Azərbaycan Baş Prokurorluğunun İstintaq İdarəsində şahid qismində ifadə verib.

Aşurov Amerikanın Səsinə bildirib ki, o, qeyri-leqal miqrasiya ilə bağlı cinayət işi üzrə dindirilib.

O deyib ki, iş üzrə fiqurantlar ilə heç bir əlaqəsi yoxdur və vizanı özü səfirliyə müraciət edərək qanuni əsaslarla alıb.

Aşurovun sözlərinə görə, onun siyasi fəaliyyətilə bağlı suallar verilməyib.

“Amma bu, o demək deyil ki, həbs olunmağım üçün risk yoxdur. Almaniyadan göndərilmiş digər fəalları dərhal həbs etmədilər. 3-4 ay onlara qarşı iş apardılar," Aşurov deyib.

O, icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında saziş çərçivəsində martın 29-da Almaniyadan çıxarılan 38 nəfər Azərbaycan vətəndaşının arasında olub.

2018-ci ildə Azərbaycanda Aşurov iki dəfə müvafiq olaraq 30 və 60 sutka inzibati həbsə məruz qalıb, bundan sonra Almaniyaya mühacirət edib və orada Azərbaycan hakimiyyətini tənqid etməkdə davam edib. Almaniya hökuməti ona sığınacaq verməkdən imtina edib.

Azərbaycan hüquq mühafizə orqanları insanların iradəsinə görə təqib edilmədiyni bildirib.

XS
SM
MD
LG