Accessibility links

Sakramentoda atışma zamanı 6 nəfər ölüb


Sakramento (Kaliforniya) polisi şəhərin mərkəzində atışma nəticəsində 6 nəfərin öldüyünü, ən azı 10 nəfərin yaralandığını bildirib. Atışma ilə bağlı bir şübhəli axtarışdadır.

Sakramento Polis Departamenti bildirib ki, atışma bazar günü səhər tezdən baş verib. Twitter-də yayımlanan videoda arxa planda sürətli atışma səsi eşidildiyindən insanların küçədə qaçdığı əks olunub.

Videoda hadisə yerinə çoxlu təcili yardım maşınlarının göndərildiyi görünür.

Sakramento polis rəisi Keti Lester mətbuat konfransında bildirib ki, polis təxminən gecə saat 2 radələrində atəş səsləri eşidib və ərazidə patrul çəkir.

Onlar hadisə yerinə gələndə küçədə böyük izdihamın toplaşdığını və 6 nəfərin öldüyünü görüblər. Digər 10 nəfər ya özləri, ya da başqaları tərəfindən xəstəxanalara aparılıb.

Onların vəziyyəti barədə məlumat verilməyib.

Səlahiyyətlilər bir və ya bir neçə şübhəlinin iştirak edib-etmədiyini bilmir və kimin məsuliyyət daşıdığını müəyyən etmək üçün ictimaiyyətdən kömək istəyir. Lester istifadə edilən silahın növü ilə bağlı konkret məlumat verməyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG