Accessibility links

Bakıdakı partlayışda yaralananların son vəziyyəti açıqlanıb


Ötən bazar Bakıdakı partlayışda yaralananların vəziyyəti ilə bağlı Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.

Rəsmi qurumların birgə məlumatına görə hazırda xəstəxanalarda hadisə nəticəsində xəsarət alan 16 nəfər var. Onlardan 13-ü dövlət tibb müəssisələrində müalicəsini davam etdirir.

“Reanimasiya şöbəsində müalicə alan 7 nəfərdən 3-nün vəziyyəti kritikdir. Stasionarda müalicə alan digər 5 nəfərin vəziyyəti stabil ağır, 4-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir”deyə məlumatda deyilir.
Qurumlar qeyd edir ki, tibb mütəxəssisləri yaralıların ailələri ilə mütəmadi əlaqə saxlayaraq onları yaxınlarının sağlamlıq durumu barədə məlumatlandırır.

Aprelin 3-də gecə saatlarında Bakı şəhərinin mərkəzindəki gecə klubunda partlayış baş verib. Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatına görə, partlayış nəticəsində hazırda ölənlərin sayı 1 nəfərdir.

"37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan dördünün vəziyyəti çox ağır qiymətləndirilir. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyib."

Prokurorluq bildirir ki, hadisənin ilkin ehtimallarla binada qaz təchizatının olmaması səbəbindən orada quraşdırılan qaz balonundan sızma nəticəsində baş verməsi müəyyən olunub.

Fövqəladə Hallar Nazirliynin Xilasetmə Xidmətinin məlumatına görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən gecə klubu kimi fəaliyyət göstərən obyektdə yanğınla nəticələnən partlayışın baş verdiyi və obyekt daxilində dağıntı yarandığı müəyyən olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG