Accessibility links

BMT: İqlim fəlakətlərindən yalnız qətiyyətli tədbirlər qoruya bilər


Birləşmiş Millətlər Təşkilatının iqlim üzrə ali orqanı bildirir ki, qlobal istiləşməni sənayedən əvvəlki temperaturdan 1,5 dərəcə Selsi səviyyəsinə qədər saxlamaq üçün qalıq yanacaq istifadəsinin əhəmiyyətli dərəcədə azaldılması da daxil olmaqla, kəskin tədbirlər görülməlidir.

İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin hesabatı göstərib ki, dünya iqlim fəlakətinə doğru sürətlə irəliləyir və təşkilatlar "bir sıra pozulmuş iqlim vədlər ilə məşğuldurlari" - deyə, Baş katib Antonio Quterreş bildirib.
Quterreş bildirib ki, dünyanın hazırkı trayektoriyası 2015-ci ildə Parisdə keçirilən iqlim danışıqlarında razılaşdırılmış 1,5 dərəcə həddi iki dəfədən çox artıb.

O, 1,5 dərəcə həddini əldə etmək üçün o, dünyanın bu onillikdə qlobal emissiyaları 45% azaltmalı olduğunu bildirib.

2800 səhifəlik hesabatda deyilir ki, bu onillikdə yalnız belə ciddi emissiyaların azaldılması vəziyyəti dəyişə bilər. Hətta o zaman belə tədbirlərin hökumətlərin daha çox ağac əkməsi və artıq atmosferdə olan karbon qazının bir hissəsini çıxara bilən texnologiyaları inkişaf etdirməsi ilə birləşdirilməli olduğunu söylədi.

IPCC hesabatının həmsədri Ceyms Skea hesabatla bağlı açıqlamasında "İndi və ya heç vaxt" deyib.

"Bütün sektorlar üzrə tullantıların dərhal və dərin azaldılması olmadan bu mümkün olmayacaq"- deyə, o bildirib.

Hesabatda deyilir ki, növbəti üç il ərzində - 2025-ci ilə qədər - dünya Paris hədəflərinə çatmaq üçün istixana qazı emissiyalarının daha da artmasının qarşısını almalıdır. Mövcud siyasətlər davam etsə, 1,5 dərəcə hədəfi "əlçatmaz" olacaq və 2030-cu ildən sonra istiləşməni 2 dərəcə selsi ilə məhdudlaşdırmaq daha çətin olacaq.

Quterreş günahı hökumətlər və bizneslərin üzərinə atsa da, heç bir hökumətin adını çəkməyib.

"Bəzi hökumət və biznes liderləri bir şey deyir, amma başqa bir şey edirlər. Sadə dillə desək, yalan danışırlar”- deyə, o əlavə edib.

O bildirib ki, nəticələr fəlakətli olacaq.

ABŞ Dövlət katibi Antoni Blinken verdiyi açıqlamada hesabatın "iqlim böhranını yumşaltmaq üçün hazırkı qlobal səylərin lazım olandan çox geri qaldığını ortaya qoyduğunu və bunun "həlledici onillik" olacağını deyib.

O, hesabatın iqlim dəyişikliyini dayandırmaq üçün “enerji səmərəliliyinin artırılmasından, qlobal meşələrin qırılmasının dayandırılmasına və bərpasına, daha dayanıqlı nəqliyyat və təmiz enerjinin tətbiqinə qədər” bəzi tövsiyələrə istinad edib. O əlavə edib ki, ölkələr indi hərəkətə keçsələr, 2030-cu ilə qədər qlobal emissiyaları iki dəfə azalda bilərlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski BMT Baş Katibini və Türkiyə prezidentini Lvivdə qəbul edib
please wait

No media source currently available

0:00 0:13:32 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG