Accessibility links

Ramazan ayı Yaxın Şərqin böyük hissəsində qiymətlərin qalxması fonunda başlayıb


Müsəlmanların səhərdən axşama qədər oruc tutduğu müqəddəs Ramazan ayı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində enerji və ərzaq qiymətlərinin yüksəldiyi Yaxın Şərqin əksər hissəsində şənbə günü günəş doğanda başlayıb.

Münaqişə yemək və ailə şənlikləri zamanı böyük yığıncaqların keçirilməsinin ənənə halına gəldiyi Ramazan ayına təsir edib.

Cənub-Şərqi Asiya ölkəsi İndoneziyada bir çox insan Ramazan ayına ötən bazar gününə başlamağı planlaşdırırdı. Lakin Livan, İran və İraqda bəzi şiələr də bir gün sonra Ramazan ayının başlanğıcını qeyd edib.

Müsəlmanlar ay təqviminə əməl edirlər və aya baxmaq metodologiyası müxtəlif ölkələrin Ramazan ayının başlanmasını bir və ya iki gün fərqlə elan etməsinə səbəb ola bilər. Səudiyyə Ərəbistanı, Misir, Suriya, Sudan və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla, əksəriyyəti müsəlman olan dövlətlər ayın şənbə günü səhər başlayacağını elan etmişdilər.

Səudiyyə Ərəbistanı cümə günü krallığın dövlət televiziyasında bəyanat yayımlayıb, Əbu-Dabinin vəliəhd şahzadəsi və Birləşmiş Ərəb Əmirliklərinin faktiki lideri Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan müsəlmanları Ramazan ayının gəlişi münasibətilə təbrik edib.

Əksəriyyəti sünni olan İordaniya da Səudiyyə Ərəbistanından fərqli olaraq Ramazan ayının ilk gününün bazar günü olacağını bildirib. Krallıq bildirib ki, İslam dini qurumu Ramazanın başlanğıcını göstərən hilal ayını görə bilməyib.

İndoneziyanın ikinci ən böyük İslam qrupu 60 milyondan çox üzvü olan Muhammadiya, astronomik hesablamalara görə, Ramazan ayının şənbə günü başladığını deyib. Lakin ölkənin dini işlər naziri cümə günü ölkədəki islam astronomlarının yeni ayı görə bilməməsindən sonra Ramazan ayının bazar günü başlayacağını elan edib.

Koronavirus pandemiyası son iki ildə dünyadakı 2 milyard müsəlmanı bir çox ayinlərdən məhrum etdikdən sonra çoxları Ramazan ayının daha şən keçəcəyinə ümid edir.

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü nəticəsində Yaxın Şərqdə milyonlarla insan indi növbəti yeməklərinin haradan gələcəyi ilə maraqlanır. Artan qiymətlər Livandan, İraqdan və Suriyadan Sudan və Yəmənə qədər münaqişə, köçkünlük və yoxsulluq səbəbindən həyatları onsuz da alt-üst olmuş insanlara təsir edir.

Ukrayna və Rusiya qlobal buğda və arpa ixracının üçdə birini təşkil edir ki, bu da Yaxın Şərq ölkələrində subsidiyalaşdırılmış çörək və ucuz əriştə ilə dolanan milyonlarla insanı qidalandırır. Onlar həmçinin yemək üçün istifadə edilən digər taxılların və günəbaxan tumunun yağının əsas ixracatçılarıdır.

Dünyanın ən böyük buğda idxalçısı olan Misir son illərdə buğdanın böyük hissəsini Rusiya və Ukraynadan alırdı. Onun valyutası indi də aşağı düşüb və qiymətləri yüksəldən digər təzyiqlərə əlavə olunub.

Yüksək qiymətlər onsuz da böyük iqtisadi böhranla üzləşən livanlıların çətinliklərini daha da artırıb. Son iki ildə ölkənin valyutası çöküb və orta təbəqəsi yoxsulluğa düçar olub. İqtisadi böhdan həmçinin elektrik enerjisi, yanacaq və dərman çatışmazlığına səbəb olub.

Qəzza zolağında adətən ilin bu vaxtında dolu olan bazarlarda az adam alış-veriş edir. Ticarətçilər bildiriblər ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi adi çətinliklərlə yanaşı qiymətləri də artırıb və Ramazanın adətən yaratdığı bayram ab-havasına mane olub.

Keçən il Ramazan ayının sonuna yaxın Həmas ilə İsrail arasında 11 günlük ölümcül müharibə müqəddəs aydan sonra gələn Fitr bayramı da daxil olmaqla, bayramların üzərinə bulud çəkmişdi. Bu, on ildən artıq bir müddətdə İsraillə dördüncü qanlı müharibə idi.

İraqda Ramazan ayının başlaması Ukraynadakı müharibə ilə son bir ayda daha da kəskinləşən ərzaq qiymətlərinin meteorik artımı ilə bağlı geniş məyusluq yaradıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG