Accessibility links

Bir çox amerikalı Rusiyanın hərbi müdaxiləsinə rəğmən Ukraynada qalıb


Bir çox amerikalı Rusiyanın hərbi müdaxiləsinə rəğmən Ukraynada qalıb
please wait

No media source currently available

0:00 0:03:19 0:00

Bir çox amerikalı Rusiyanın hərbi müdaxiləsinə rəğmən Ukraynada qalıb

Rusiyanın fevralda Ukraynaya hərbi müdaxiləsindən on iki gün öncə Prezident Bayden Ukraynada qalan və yaşayan bütün ABŞ vətəndaşlarını ölkəni tərk etməyə çağırmışdı. Bir çoxları bunu etsə də, bəziləri hələ də Ukraynada qalır və onların getmək planı yoxdur.

“Salam İrina. Mənəm Reyçel. Yaxşıyam. Mən nəhayət istədiyim kimi, Slovianskdakı qoşunlar üçün iki generator tapa bildim, ona görə çox xoşbəxtəm!” – könüllü Reyçel MakVey deyir.

Reyçel MakVey hər gün bunun kimi 30 dəfə telefon zəngi edir. O, Rusiyanın hərbi müdaxiləsindən sonra Ukraynada qalıb, yardım etməyə qərar verən bir çox amerikalıdan biridir.

“Hər kəsin necə bir araya gəldiyini görmək insanı ruhlandırır. Buradakı vəziyyət elə deyil ki, hər kəs “Ordu, işini görməlidir, bizim təhlükəsizliyimi təmin etməlidir” desin,” Reyçel deyir.

Fevralın 24-də Reyçelin günü ABŞ-dakı valideynlərindən telefon zəngi ilə başladı. Onlar qızlarına Putinin Ukraynaya hərbi müdaxilə etdiyini və Rusiya ordusunun bir neçə Ukrayna şəhərini bombalamağa başladığını söylədilər. Onlar arasında Reyçelin son altı ildir yaşadığı və kopirayter kimi çalışdığı paytaxt Kyiv də var idi.

“Bir gün şəhərin var, həyatın var, dostlarınla oturub kofe içirsən və karyera planlarını qurursan…Növbəti gün isə telefonda “Düşmən desantlar şəhərin yaxınlığındadır” kimi xəbərlər eşidirsən,” Reyçel deyir.

Onun dərhal Filadelfiyaya, valideynlərinin yanına dönmək imkanı var idi. Amma o dönmədi.

“Müharibənin ilk günündə Lvivdə yaşayan bir dostum var idi - o həyat yoldaşı ilə birlikdə şəhəri tərk edirdi. Onlar maşınla Polşaya gedirdilər. Onlar məni də özləri ilə aparmağı təklif etdilər.”

Amma Reyçelin Ukraynada qalmaq üçün səbəbləri var idi.

“Ukrayna mənim üçün azadlıqdır. Bura mənim özümü tapdığım yerdir, bura mənim həqiqətən də sevdiyim və ünsiyyət qurduğum dostlarımı tapdığım yerdir. Bura mənim sevgini tapdığım yerdir!,” Reyçel deyir.

Amerikalı Çarls Bond da Lvivə bir balaca bel çantası ilə gedib. Bonds tarixçidir və stalinizmi araşdırır. O, Ukraynaya oradaya yaşayıb, dərs demək üçün fevralın 1-də İndiana ştatından gedib.

“Mən fevralın 24-də oyandım və siqarət çəkməyə çıxdım. Mənzilin ümumi balkonunda əllərində çamandanlı insanlar gördüm və nə olduğunu dərhal dərk etdim: müharibə başlamışdı,” o deyir.

Bonds və onun amerikalı həmkarları hərbi müdaxilənin ilk günlərində Lvivə gediblər. Amma Ukraynanı tərk etməyiblər.

“Biz bütün amerikalıları ianə toplamağa çağırırıq, biz lazım olan bütün taktiki və humanitar əşyaları alırıq,” könüllü Çarls Bonds deyir.

Bonds Ukraynanın bu münaqişədən qalib çıxacağına inanır.

“Ukrayna 20 ildə Avropanın ən güclü ölkəsi olacaq. Mən buna tamamilə inanıram. İnsanlar mənə gülə bilər, amma SSRİ-nin süqutunu proqnozlaşdıran insanlara da gülürdülər,” Bonds deyir.

Bir çoxları kimi Bonds da Ukraynanın qələbə çalacağına inanır. Və heç nə - hətta Rusiyanın hərbi müdaxiləsi belə - onu sevdiyi ölkəni tərk etməyə məcbur edə bilməz.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG