Accessibility links

Avropa məhkəməsi Eynulla Fətullayevlə bağlı növbəti qərarını açıqlayıb


Eynulla Fətullayev
Eynulla Fətullayev

Avropa İnsan Haqları Məhkəməsi aprelin 7-də jurnalist "Eynulla Fətullayev Azərbaycana qarşı" işi üzrə növbəti qərarını elan edib.

Hüquqşünas Xalid Ağalıyevin Amerikanın Səsinə verdiyi məlumata görə, jurnalistin şikayəti onun həbsdə olarkən üzərindən narkotik tapılması ittihamı ilə bağlı olub.

Fətullayev Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinə söykənərək, ona qarşı cinayət işinə baxışın ədalətsizliyindən – sübutların əldə edilməsindəki prosessual pozuntulardan, bərabərlik prinsipinin tapdanmasından şikayət etmişdi.

O, həmçinin Konvensiyanın 10-cu və 18-ci maddələrinə əsaslanaraq iddia edirdi ki, ona qarşı açılan cinayət işi məhz jurnalist fəaliyyəti ilə bağlı olub.

"Ərizəçi, həmçinin iddia edirdi ki, ona qarşı açılan cinayət işi məhz jurnalist fəaliyyəti ilə bağlı olub. Ərizəçi eləcə də vəkillərindən İntiqam Əliyevin ofisində axtarış aparılması, işə aid sənədlərin götürülməsi ilə Konvensiyanın 34-cü maddəsində nəzərdə tutulan fərdi şikayət hüququnun pozulduğunu iddia edirdi".

Xalid Ağalıyev bildirib ki, Avropa İnsan Haqları Məhkəməsi qərarında cavabdeh dövlətin Konvensiyanın 34-cü maddəsi ilə üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyini vurğulayıb:

Xalid Ağaliyev
Xalid Ağaliyev

"Məhkəmə hesab edib ki, ərizəçiyə münasibətdə Konvensiyanın 6-cı maddəsi pozulub – milli məhkəmələr ədalətsiz olub" - deyə, o bildirib.

Qərara əsasən, hökumət ərizəçiyə 4 min avro təzminat ödəməlidir.

“AİHM 6-cı və 10-cu maddə ilə birlikdə götürülməklə, Konvensiyanın 18-ci maddəsinin pozuntusu iddiasının qəbuledilinləyini və mahiyyətini araşdırmağa ehtiyac görməyib.”

Məlumatla bağlı hələ cavabdeh rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Bu, AİHM-in Eynulla Fətullayevlə bağlı ikinci qərarıdır. AİHM 2010-cu ilin aprelində Fətullayevin həbs işi ilə bağlı ilk qərarını açıqlamışdı. Qərara əsasən, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 25 min avro təzminat ödəməli idi.

"Gündəlik Azərbaycan" və "Realnıy Azərbaycan" qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayev 2007-ci ildə böhtan, terrorla hədələmə, etnik düşmənçiliyin qızışdırılması və vergidən yayınma ittihamları əsasında açılmış iki cinayət işi üzrə təqsirli hesab olunub və səkkiz il altı ay müddətinə azadlıqdan məhrum edilib.

2009-cu ilin dekabrında ona Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istifadə üçün zəruri olan miqdardan artıq saxlanılması) maddəsi ilə cinayət işi açılıb və iki il altı ay müddətinə azadlıqdan məhrum edilib.

Jurnalist 2011-ci ilin may ayında əfv fərmanı ilə azadlığa buraxılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG