Accessibility links

“Cənubi Qafqaz müharibədən sülhə doğru" mövzusunda məruzə təqdim olunub


Aprelin 6-da Brüsseldə Cənubi Qafqazda davamlı sülhə dəstək üçün etimadın möhkəmləndirilməsi tədbirləri üzrə Ermənistan-Azərbaycan Əlaqə Qrupunun "Cənubi Qafqaz müharibədən sülhə doğru: 2030-cu ilə qədər otuz tədbir" mövzusunda məruzənin təqdimatı olub.

Tədbirin iştirakçılarından olan Turan İnformasiya Agentliynin direktoru Mehman Əliyev Amerikanın Səsinə deyib ki, məruzənin əsas leytmotivi Ermənistan və Azərbaycanın gələcəklərini qarşılıqlı etimad və əminlik əsasında qurmaları ilə bağlıdır.

Tədbirdə araşdırmanın müəllifləri, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar, beynəlxalq qurumların, Azərbaycan və Ermənistan səfirliklərinin nümayəndələri iştirak ediblər.

Aprelin 7-də müzakirələr Avropa ölkələrindən və ABŞ-dan olan ekspertlərin iştirakı ilə davam etdirilib.

Məruzə ermənilər və azərbaycanlılar arasında münasibətlərə həsr olunub və Gürcüstanı da ehtiva edən razılaşmaları nəzərdə tutur.

Müəlliflər 2030-cu ilə qədər regionda ehtimadın möhkəmləndirilməsi üzrə 30 tədbir təklif edir.

Xüsusən, bütün maraqlı tərəflərin iştirakı ilə Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizlik məsələlərinə dair konfrans keçirilməsi məqsədilə diplomatik əlaqələr qurulması təklif olunur, bu da 2030-cu ilin sonuna qədər sülh, sabitlik və təhlükəsizlik haqqında regional paktın imzalanmasına gətirib çıxarardı.

Bundan başqa, əlaqə qrupu Dağlıq Qarabağ və onun ətrafında sülhün dəstəklənməsi üzrə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat çərçivəsində yaradılmış mexanizmlərin gələcəyini müzakirə etmək təşəbbüsü ilə çıxış edib.

10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il, 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanat və sazişlərin həyata keçirilməsinə nəzarət üçün on nəfərdən ibarət qeyri-rəsmi Ermənistan-Azərbaycan Birgə Monitorinq Qrupu yaratmaq təklif olunub.

Bundan başqa, insidentlərin qarşısının alınması və araşdırılması üçün müxtəlif səviyyələrdə dialoqun təşkili, Cənubi Qafqaz parlamentlərarası çərçivəsi vasitəsilə regional siyasi dialoqun genişləndirilməsi təklif olunub.

Məruzə sərhəd rayonlarında, həmçinin münaqişənin təsir etdiyi icmaların daxilində və icmalar arasında etimadın möhkəmləndirilməsi, həmçinin insanlar arasında daha geniş əlaqələr qurulması üzrə tədbirləri ehtiva edir.

Eyni zamanda, Ermənistanda və Azərbaycanda vətəndaş cəmiyyətinə, sülhməramlı qüvvələrə, habelə diasporlara dəstək proqramları təklif edilib.

Gələcək regional əməkdaşlıq üçün nümunə kimi Qırmızı Körpü bölgəsində (Azərbaycan-Gürcüstan sərhədi) birgə Xüsusi İqtisadi Zonanın yaradılması və inkişafı ideyası irəli sürülüb.

2022-ci ildə Gürcüstanda gənclər üçün ilk Cənubi Qafqaz yay məktəbinin təşkil edilməsi təklif olunub.

Nüfuzlu media təşkilatları arasında Cənubi Qafqaz Media Platforması yaratmaq, onlara əsas telekanallarda yayımlana biləcək həftəlik 30 dəqiqəlik xəbər televerilişləri hazırlamaq imkanı vermək tövsiyə olunub. Eyni zamanda Cənubi Qafqaz Mədəni İrs Fondu yaratmaq təklif olunub.

Müəlliflər Azərbaycan və Ermənistan hökumətlərini, habelə Azərbaycan və Ermənistan xalqlarını bu məruzənin ideyalarını dəstəkləməyə, beynəlxalq ictimaiyyəti regionda sülh prosesini dəstəkləməyə çağırıblar.

Cənubi Qafqazda Etimad Tədbirləri və Sabit Sülhə dəstək üzrə Ermənistan-Azərbaycan Birgə Əlaqə Qrupu 2021-ci ildə keçirilən bir sıra məsləhətləşmələrdən sonra yaradılıb.

Birgə qrupun üzvləri Əhməd Əlili; Mehman Əliyev; Stepan Qriqoryan; Şəhla İsmayıl; Samir Məmmədov; Coni Melikyan; Eldar Namazov; Beniamin Poqosyan; Ramazan Səmədov və Anar Vəliyevdir.

Təşəbbüsü Britaniyanın Links QHT-si dəstəkləyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski BMT Baş Katibini və Türkiyə prezidentini Lvivdə qəbul edib
please wait

No media source currently available

0:00 0:13:32 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG