Accessibility links

Ukrayna səfiri Mariupol şəhəri uğrunda döyüşlərdə həlak olan azərbaycanlının xatirəsini anıb


Rafael Ağayev
Rafael Ağayev

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Ukraynada müharibədə həlak olan Azərbaycan əsilli Ukrayna vətəndaşı ilə bağlı Facebook səhifəsində paylaşım edib.

Pizza Veterano” kafelər şəbəkəsinin həmtəsisçisi, Azərbaycan əsilli ukraynalı Rafael Ağayev Mariupol şəhəri uğrunda gedən döyüşlərdə həlak olub. Qəhrəman Dəniz piyadaları bölməsinin tərkibində şəhəri müdafiə edirdi. Xatirəsi əbədi yaşayacaq!" Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski qeyd edib.

Ukraynadakı bu məşhur restoranlar şəbəkəsi hərbi xidmətini başa vuranların iş tapa bilməsi və normal həyata uyğunlaşaması üçün sosial layihə kimi yaradılıb.

"Pizza Veterano" "Veterano Group" şəbəkəsinin bir hissəsidir. Ukraynanın bir sıra şəhərlərində fəaliyyət göstərən pizza evləri iki ortaq sahib - Rafael Ağayev və Leonid Streltsov tərəfindən açılıb.

Rafael Ağayev 2014-cü ildə Donbas müharibəsində də iştirak edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG