Accessibility links

Taleh Kazımov Azərbaycan Mərkəzi Bankının sədri təyin edilib


Taleh Kazımov Azərbaycan Mərkəzi Bankının sədri təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Kazımov bu vəzifədə Elman Rüstəmovu əvəz edib. Rüstəmov isə bu gün Azərbaycan baş nazirinin müşaviri təyin edilib.

42 yaşlı Kazımov buna qədər Pasha Bank QSC-nin İdarə Heyətinin sədri və baş direktoru idi.

Aprelin 12-də Milli Məclisin plenar iclasında Elman Rüstəmovun "Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında" qərar qəbul edilib. Rüstəmov 1995-ci ildən Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri idi.

Milli Məclisin deputatı Vüqar Bayramov Amerikanın səsinə bildirib ki, Mərkəzi Bankda kadr islahatlarının aparılması zəruri idi.

“O baxımdan Azərbaycan Respublikası Prezidentinin təqdimatına uyğun olaraq Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində yeni təqdimata baxıldı və dəstəkləndi. Nəzərə alsaq ki, yeni düzən konteksində həm qlobal bazarlarda, həm istehlak məhsulların qiymətində artımlar var. Eyni zamanda məzənnə siyasətinin təkmilləşdirilməsi daha da prioritetləşib. Dünya bankı da daxil olmaqla aparıcı maliyyə qurumları Azərbaycan üçün inflasiya proqnozuna baxaraq, dəyişikliklər edib. Bu isə ondan xəbər verir ki, 2022-ci il və növbəti illərdə infilasiyanın tənzimlənməsi prioritetlər siyahısında olacaq. Məzənnə siyasətinin təkmilləşdirilməsi və bank sektorunun müasir çağırışlara uyğun olaraq inkişafının təmini də vacib məslələrdəndir. Bu baxımdan yeni təqdimat bütövlükdə ölkədə aparılan kadr islahatlarının bir istiqamətidir,” Vüqar Bayramov qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG