Accessibility links

İranda Qərbi Azərbaycan səfalət indeksinə görə birinci yerdədir


Son statistikaya əsasən ölkə üzrə səfalət indeksinə görə, İranın Qərbi Azərbaycan vilayəti birinci yerdə ikən Tehran vilayəti son sırada son yer alıb.

Statistika Mərkəzinin yayımladığı son hesabata görə, İran səfalət indeksinin rekordunu qırıb, 49.6 faiz ilə son 11 ilin ən ağır vəziyyətindədir. Son illərdə sürətlə artan inflyasiya ölkədə ُsəfalət indeksinin artışmına səbəb olub.

Keçən günəş ilinin sonunda ən aşağı səfalət göstəricisi Tehran vilayəti, ən yüksək göstərici isə Qərbi Azərbaycan vilayətinə aid olduğu bildirilir.

Səfalət indeksi işsizlik səviyyəsini illik inflyasiya səviyyəsinə əlavə etməklə hesablanır. İranda ُsəfalət indeksi ilk dəfə 2009 prezident seçkilərində Mohsen Rezai tərəfindən Mahmud Əhmədinejad ilə debatda ortaya qoyuldu. 2018-ci ilindən etibarən davamlı olaraq ُsəfalət indeksi artır.

Ölkə üzrə ُsəfalət indeksi 49.6 faiz olsa da, cəmi 23 vilayətin ُgöstəriciləri ölkə ortalamasından yüksəkdir. Bu isə həmin vilayətlərdə işsizlik və inflyasiyanın yüksək olduğunu və məişət şəraitinin digər vilayətlərə görə daha pis vəziyyətdə olduğunu göstərir.

Qərbi Azərbaycan vilayətindən sonra Kürdüstan və Luristan vilayətləri müvafiq olaraq ُsəfalət indeksinə görə ikinci və üçüncü yeri alır. Həmin ilk üç vilayətin səfalət indeksi müvafiq olaraq 62.2%, 57.8% və 57.7% olması vilayətlərin çox böhranlı vəziyyətdə olduğunun göstərməkdədir.

İran Azərbaycanının digər vilayəti Ərdəbil isə 6-cı yerdədir.

Şərqi Azərbaycan və Zəncan vilayətlərin göstəriciləri 52.2 faiz ilə ölkənin ortalama indeksindən yüksəkdir.

XS
SM
MD
LG