Accessibility links

İcra hakimiyyəti başçısı jurnalisti məhkəməyə verib


Cavid Şirəliyev
Cavid Şirəliyev

“7 GÜN. org” saytında dərc edilən məqalə ilə bağlı jurnalist Cavid Şirəliyev Cinayət Məcəlləsinin 147-ci (təhqir) və 148-ci (böhtan) maddələrilə xüsusi ittiham qaydasında məhkəməyə verilib.

Bu barədə Amerikanın Səsinə jurnalistin özü məlumat verib.

Onun sözlərinə görə, o, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev tərəfindən məhkəməyə verilib, şikayətə aprelin 18-də Masallı Rayon Məhkəməsində baxılacaq.

Şirəliyev Amerikanın Səsinə deyib ki, şikayətə səbəb bir neçə gün öncə “7GÜN.org” saytında Əhəd Abıyevin bir aktrisa ilə münasibətlərinə dair dərc edilən məqalə səbəb olub. Məqalədə müəllifin kimliyi göstərilməyib.

Jurnalistin dediyinə görə, o, “7 GÜN. org” saytı ilə sadəcə əməkdaşlıq edir, adı çəkilən məqaləni isə o yazmayıb.

“Mən bilmirəm, niyə mənimlə bağlı şikayət verilib. Mən məqalənin müəllifi, saytın ştatlı əməkdaşı deyiləm. Bu yazı ilə də uzaqdan-yaxından əlaqəm yoxdur. Mən “7Gün.az” adlı sayt təsis etmişdim, həmin sayt da fəaliyyətini 8 ay öncə dayandırıb,” Şirəliyev bildirib.

Məsələ ilə bağlı Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevlə əlaqə saxlamaq mümkün olmayıb. Daşkəsən rayon İcra Hakimiyyəti başçısının köməkçisi isə Amerikanın Səsinin sorğusuna cavab verməyib.

“Mənim xəbərim yoxdur,” o qeyd edib.

“7 GÜN. org” saytında Daşkəsən rayon İctra Hakimiyyətinin başçısı Əhəd Abıyevin bir aktrisa ilə şəxsi münasibətlərindən bəhs edən məqalə dərc edilib. Məqalədə Abıyevin şəxsi münasibətləri müqabilində aktrisaya Bakı şəhərində mənzil bağışladığı bildirilir.

Öz növbəsində, “7 GÜN. org” saytında dərc edilən digər məqalədə Əhəd Abıyevin mövqeyi yer alıb. İcra hakimiyyəti başçısı məqalədə yazılanları təkzib edib, uydurma adlandırıb.

“Onunla heç bir tanışlığımız, qohumluğumuz yoxdur. Bu yalan, şər və böhtandır, qərəzli şayiədir. Əgər üzr istəyib təkzib verilməzsə, bu yazını yazanı təzə media qanunları ilə məhkəməyə verəcəm,” Abıyev qeyd edib.

Xatıraladaq ki, bundan öncə Cavid Şirəliyev hədələmək yolu ilə rüşvət tələb etmə ittihamı ilə 2016-cı il mayın 22-də 5 il müddətinə azadlıqdan məhrum edilib. 2017-ci ilin avqustunda cinayət işinə baxış yenidən apellyasiya instansiyasına qaytarılıb. 2018-ci il aprelin 24-də jurnalist azadlığa buraxılıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG