Accessibility links

Azərbaycanlı ixtiraçının görmə qabiliyyəti məhdud olan insanlar üçün oyun cihazının istehsalına başlanacaq


ABŞ hökumətinin mübadilə proqramının məzunu Rəşid Əliyevin ixtirası əsasında “Braille Teach” startapı çərçivəsində Amerikanın GHR Fondunun 215 000 dollar məbləğində investisiya qrantı hesabına görmə qabiliyyəti məhdud olan insanlar üçün oyun cihazının kütləvi istehsalına başlanacaq.

Rəşid Əliyev yerli mediaya bildirib ki, ilkin olaraq yeni cihazın 150 min ədədədək istehsalı planlaşdırılır.

“Satışa bu ilin sentyabrında başlamağı planladırırıq. İlkin bazarımız ABŞ-dır. Bu ölkədə marketinq durumu pozitivdir. Daha sonra Avropa və okean hövzəsi bazarına keçəcəyik,“ o qeyd edib.

“Onun oyun cihazı görmə qabiliyyəti məhdud olan insanlar üçün Brayl əlifbasını öyrənməyi asanlaşdırır. Rəşidin cihazı təkcə innovativ deyil, həm də innovasiyanın əlilliyi olan insanlara necə kömək edə biləcəyinin gözəl nümunəsidir. Rəşidi təbrik edirik!” ABŞ-ın Azərbaycandakı Səfirliyi qeyd edir.

Azərbaycanlı ixtiraçı Rəşid Əliyev Azərbaycan İqtisadiyyat Nazirliyinin tabeliyində olan Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin əməkdaşıdır.

“Braille Teach” səsli-dəstəkdən istifadə edərək Brayl şriftinin tez, interaktiv və asan öyrənilməsi üçün nəzərdə tutulmuş interaktiv əl cihazıdır. Layihənin məqsədi Brayl şrifti ilə oxumaq imkanlarını və savadlılığı artırmaq üçün görmə məhdudiyyətli insanları əlçatan texnologiyalarla təmin etməkdir. Belə ki, cihaz görmə qabiliyyəti olmayan və ya zəif olan uşaqlar, onların ailə üzvləri, valideynləri və yardımçı təşkilatlar üçün nəzərdə tutulub,” Azərbaycan İqtisadiyyat Nazirliyi bildirib.

XS
SM
MD
LG