Accessibility links

İran və Azərbaycan Araz çayı üzərində elektrik stansiyalarının tikintisini davam etdirir


 Xudafərin-Qız Qalası elektrik stansiyaları
Xudafərin-Qız Qalası elektrik stansiyaları

İran və Azərbaycan sərhəddə, Araz çayı üzərində Xudafərin və Qız Qalası elektrik stansiyaları ilə bağlı öncədən razılaşdırılmış sənədlərin icrası, eləcə də hidroqovşaq və elektrik stansiyalarında işlərin davam etdirilməsi, investisiya və podratçıların müəyyənləşməsi haqqında razılıq əldə edib.

Azərbaycan mediasının məlumatına görə, bu barədə razılıq Birgə Texniki Komissiyanın Azərbaycan və İran üzvlərinin iştirakı ilə iclasında əldə edilib.

İclasda işlərin tamamlanması üçün 22 milyon ABŞ dollarından artıq xərc lazım olduğu və elektrik stansiyalarına dair müqavilənin DB qaydası ilə müəyyənləşməsi haqqında razılıq əldə olunub. Yaxın 4 ay ərzində podratçıların müəyyənləşməsi və işlərin icrasına başlanılması proqnozlaşdırılır.

Aprelin 16-da Azərbaycan Energetika Nazirliyinin şöbə müdiri Ələsgər Həsənov jurnalistlərə bildirib ki, Araz çayı üzərindəki “Xudafərin” SES-in ümumi gücü 200 meqavat (100 meqavat Azərbaycan tərəfinin payına düşür), “Qız Qalası” SES-in ümumi gücü isə 80 meqavatdır (40 meqavat Azərbaycan tərəfinin payına düşür).

“Hər iki SES-də ildə ümumilikdə 716 milyon kilovat/saat (358 milyon kilovat/saat Azərbaycan tərəfinin payına düşür) elektrik enerjisinin istehsalı planlaşdırılır. Eyni zamanda hidroqovşaqların istismara verilməsi nəticəsində Azərbaycan tərəfində 252 min hektar mövcud, 12 min hektar isə yeni kənd təsərrüfatı təyinatlı torpaqların suvarma suyu ilə təminatı nəzərdə tutulur”.

“Xudafərin” və “Qız Qalası” layihələri ilə bağlı ilkin layihələndirmə işlərinə keçmiş SSRİ dövründən başlanılıb. Uzun müddət aparılmış müzakirələrdən sonra 1991-ci ildə yekun texniki layihə hazırlanıb. 1992-ci ildə tikinti işlərinə başlanılıb, ancaq ərazilərin ermənilərin nəzarətinə keçnəsindən sonra işlər dayandırılıb.

1996-1997-ci illərdən başlayaraq ikitərəfli razılaşma əsasında hər iki hidroqovşaq üzrə tikinti işləri İranın müvafiq şirkətləri tərəfindən davam etdirilib.

2016-cı ildə “Azərbaycan Hökuməti ilə İran Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Saziş imzalanıb.

Sazişə əsasən Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi və istismarı ilə əlaqədar birgə fəaliyyət göstərilməsi məqsədilə Birgə Texniki Komissiya yaradılıb. Bu komissiyanın fəaliyyəti üzrə Azərbaycan tərəfindən səlahiyyətli orqan Azərbaycan Energetika Nazirliyi müəyyən edilib. Birgə Texniki Komissiyaya həvalə edilmiş tapşırıqların icrası məqsədilə işçi qrupları yaradılmış və müvafiq istiqamətlər üzrə işlər davam etdirilməkdədir.

Hazırda hər iki hidroqovşağa aid bəndlərin tikintisi işləri 99 faiz başa çatdırılıb. Azərbaycan tərəfindən layihələr üzrə sifarişçi “Azərenerji” ASC-dir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG