Accessibility links

Milli fəal Əli Hacməhəmmədi İran polisinin atəşinə məruz qalıb


İran Azərbaycanının Sulduz (Nəğədə) şəhərindən olan milli fəal Əli Hacməhəmmədi İran polisi tərəfindən güllə yaraları alıb.

İnsan hüquqları üzrə fəaliyyət göstərən Ərk cəmiyyətinin yaydığı məlumata görə, Əli Hacməhəmmədi aprelin 14-də şəxsi iş yerində mülki geyimli polis qüvvələri tərəfindən güllələnib və ondan sonra isə Sulduz şəhərinin xəstəxanasına yerləşdirilib.

Yayılan xəbərlərə görə, Əli Hacməhəmmədinin iddiaçısı bankdır. Hacməhəmmədi başqa bir şəxsin kreditinə zamin durub və o şəxs kredit borcunu ödəmədiyi üçün bank Əli Hacməhəmmədiyə qarşı şikayət edib və mülki geyimli polis qüvvələri bu milli fəalı həbs etmək üçün onun şəxsi iş yerinə gediblər. Polis qüvvələrinin milli fəala onun həbs ilə bağlı məhkəmə qərarını göstərmədikləri üçün Əli Hacməhəmmədi müqavimət göstərib və nəticədə polis qüvvələri fəalın gözlərinə bibər qazı vurub, iki dəfə də ayağına güllə açıblar.

Əli Hacməhəmmədi xəstəxanaya yerləşdikdən sonra polis qüvvələri onun müalicə olduğu yerdə olub və milli fəalın görüşünə gələn şəxslərin video və fotolarını çəkib.

Əli Hacməhəmmədi apardığı mədəni fəaliyyətlərdən dolayı dəfələrlə İranın Sulduz şəhərindəki kəşfiyyat idarəsinə çağırılıb, təhdid edilib və həmçinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

XS
SM
MD
LG