Accessibility links

Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib


Məhəmmədrza Fəqihi

İnsan haqları vəkili Məhəmmədrza Fəqihi və bir neçə digər vəkil və mədəni fəalın Tehran İnqilab Məhkəməsində ikinci məhkəmə iclası keçirilib.

İranın azsaylı insan haqları vəkillərindən biri olan Fəqihi türk dil haqları fəalları daxil olmaqla, bir çox siyasi məhbusu İranın müxtəlif məhkəmələrdə müdafiə edib.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, Məhəmmədrza Fəqihi, Mehdi Mahmudiyan, Mustafa Nili, Məryəm Əfrafraz və Arəş Keyxosroviyə qarşı irəli sürülən ittiham ikinci iclasda dəyişdirildirib.

Birinci iclasda “qrup yartmaq və rejimə qarşı təbliğat fəaliyyəti göstərmək” ittihamı ilə mühakimə edilən fəallar aprel ayının 16-da “milli təhlükəsizliyə qarşı cinayət törətmək üçün toplaşmaq və əlbir olmaq” ittihamı ilə hakim qarşısına çıxarılıblar.

Türk dil haqları fəalları Həmid Mənafi, Əlirza Fərşi, Əkbər Azad və Behnam Şeyxi insan haqları vəkili Məhəmmədrza Fəqihi (ortada) ilə birlikdə
Türk dil haqları fəalları Həmid Mənafi, Əlirza Fərşi, Əkbər Azad və Behnam Şeyxi insan haqları vəkili Məhəmmədrza Fəqihi (ortada) ilə birlikdə

Təhlükəsizlik qüvvələri Fəqihi və digər fəalları 2021-ci ilin avqust ayında Vətəndaş Hüquqları Dərnəyinin ofisində toplandıqları zaman saxlamışdı. Mətbuatda yayılan məlumata görə, bu fəallar COVID-19 vaksininin idxalına mane olan məsulları məhkəməyə vermək üçün şikayət mətni hazırlayırdılar. İranın ali lideri Seyyid Əli Xameneyi 2021-ci ilin yanvar ayında ABŞ və Britaniyadan koronavirus vaksinlərinin idxalının yasaqlandığını açıqlamışdı. Xameneyinin vaksinlə əlaqədar mövqeyi səkkiz ay sonra dəyişdi. O, həmin ilin avqust ayında əlaqədar qurumlardan koronavirus vaksininin istər idxal, istərsə yerli istehsal yolu ilə təmin edilməsi haqda göstəriş vermişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Federal Təhqiqatlar Bürosu Trampın iqamətgahında axtarış aparıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00
XS
SM
MD
LG