Accessibility links

"Bu torpaq qan içindədir": Ukrayna kəndi cəsədləri çıxarır


Qoz ağaclarının sıralandığı sakit bir küçədə hələ ev tapmamış dörd cəsəd qalır.

Onlar Ukraynanın paytaxtı Kyivdən kənarda yerləşən bu kənddə rus əsgərlərinin qurbanı olub. Onların müvəqqəti tabutları bir qəbirdə idi. Könüllülər onları bir-bir bazar günü - əsgərlər yoxa çıxandan sonra qazıb çıxarıb.

Bu yaz mövsümü Kyiv ətrafında şəhər və kəndlərdə faciəli əkin dövrüdür. Rusiya işğalı zamanı tələsik məzarlara verilmiş cəsədlər indi mümkün müharibə cinayətlərinin araşdırılması üçün götürülür.

İndiyədək 900-dən çox dinc sakinin cəsədi tapılıb. Onların tabutlarını verən yerli sakinin dediyinə görə, dörd cəsədin hamısı eyni küçədə, eyni gündə öldürülüb.

Könüllülər kürəklərlə qazmağa çalışıb, sonra təslim olub ekskavator çağırıblar. Onlar bir ay davam edən Rusiya işğalı zamanı cəsədləri gizli şəkildə basdırıb.

Bir gənc məzar qazarkən ona silah tuşlayan əsgərlər tərəfindən aşkar edildiyini və ona “baxma” deyildini xatırlayır.

Burada dəfn edilmiş bir kişinin ağlayan arvad ıİra Slepçenkoya heç kim məzarən indi qazıldığını deməmişdi. Başqa bir qurbanın arvadı Valya Naumenko qəbrin içinə baxıb və sonra İranı qucaqlayaraq, "yıxılma" deyib.

İki cütlük bir-birinin yanında yaşayırdılar. Ruslar kəndi tərk etməzdən əvvəl son gün əsgərlər bir evin qapısını döyüb. Qapını Valyanın əri Pavlo İvanyuk açıb. Əsgərlər onu qaraja aparıb, heç bir izahat vermədən başından güllələyib.

Sonra əsgərlər qışqırıblar ki, “burada başqa kimsə varmı?”. İranın əri Saşa Nedolejko güllə səsini eşidib. Amma heç kim cavab verməsə, əsgərlərin evlərdə axtarış aparacağını düşünərək, qapını açıb və əsgərlər onu da güllələyib.

Kişilərin tabutları digərləri ilə birlikdə açılıb. Ədyala bükülmüş dörd cəsəd torbalara yerləşdirilib. Hər bir tabutun krujeva kənarlı ağ astarlı hissəsi baş olduğu yerdə qırmızı rəngə boyanıb. İra siqaret çəkərək uzaqdan baxıb, amma digərləri boş qutuların yanında dayanıb.

“Bütün bu torpaqlar qan içindədir və onun bərpası illər çəkəcək” - deyə, o bildirib.

O, ərinin burada olduğunu bilirdi. Onun müvəqqəti dəfnindən doqquz gün sonra o, yerli ölülərə baş çəkmək adətinə əməl edərək piknik masaları ilə düzülmüş qəbiristanlığa gəlib, qəhvə və peçenye gətirib.

"Mən bu müharibənin mümkün qədər tez bitməsini istəyirəm" deyib.

Digər cəsədlər müəllim və tək yaşayan yerli sakinə aid olub. Bazar günü heç kim onların yanına gəlməyib.

Qəbiristanlığın yanındakı evdə 66 yaşlı Valya Voronets odunla isidilmiş otaqda kartof bişirir, hələ də su, işıq və qaz olmadan dolanır.


Kiçik bir radio səsləndi, amma uzun müddət deyil, çünki xəbərlər çox üzücü olur.

Bir dəfə bir rus əsgəri qaçaraq ərinin cib telefonu siqnalı almaq üçün damın üstünə çıxdığını gördükdən sonra silahını ona doğrultmuşdu.

“Qocanımı öldürəcəksən?” - deyə, 65 yaşlı Mıhaylo Şerbakov sual verib. Bütün ruslar belə deyil. Voronets deyib ki, o, 21 yaşlı başqa bir əsgərlə birlikdə ağlayıb. "Sən çox gəncsən" deyib.

Başqa bir əsgər ona döyüşmək istəmədiklərini söylədi. Yenə də hamısından qorxurdu. Amma o, tək inəyindən onlara süd təklif etdi.

"Bu şəraitdə onlara yazığım gəldi" deyib. "

"Onlara yaxşı davransan, bəlkə səni öldürməzlər" - deyə, düşünüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG