Accessibility links

ABŞ ikinci COVID-19 sammitinə ev sahibliyi edəcək


Ağ Ev ABŞ-ın pandemiyaya beynəlxalq miqyasda son qoymaq və koronavirusun gələcək variantlarına hazırlaşmaq üçün artan səyləri müzakirə etmək üçün virtual olaraq mayın 12-də ikinci qlobal COVID-19 sammitinə ev sahibliyi edəcəyini açıqlayıb.

"Omikron kimi yeni variantların ortaya çıxması və yayılması bütün dünyada COVID-19-a nəzarət üçün strategiyaya ehtiyacı gücləndirib" - deyə, Ağ Evin xəbər relizində bildirilib.

ABŞ Karib icmasının sədri Beliz və y yeddi aparıcı iqtisadiyyat qrupunun hazırkı prezidenti olan Almaniya CARICOM və ya G-7, hazırda 20 ən böyük iqtisadiyyatlar Qrupuna və ya G-20-yə sədrlik edən İndoneziya və Afrika İttifaqının sədri Seneqal ilə sammitə ev sahibliyi edəcək.

Xəbər Çində son COVID-19 məhdudiyyətlərindən sonra pandemiyanın yenidən canlanması və Filadelfiyanın qapalı maska mandatını gücləndirdiyi və ABŞ-da koronavirusun yeni BA.2 variantının artması ilə bağlı narahatlıqlar fonunda verilib.

2022-ci ilin aprel ayınınn 10-da Şanxayda təsdiqlənmiş hal aşkar edildikdən sonra tibb işçisi sakinlər üçün COVID-19 testləri keçirir.

"Zirvə toplantısı COVID-19 pandemiyasının kəskin mərhələsinə son qoymaq və gələcək sağlamlıq təhdidlərinə hazırlaşmaq üçün kollektiv səylərimizi ikiqat artıracaq" - deyə, beş ölkə bəyan edib.

Onlar vaksinasiya, testlərin və müalicələrin, xüsusən də ən yüksək riskli əhali üçün tətbiq edilməsi və səhiyyə işçi qüvvəsinin genişləndirilməsi və qorunması kimi məsələləri müzakirə edəcək.

Pandemiyaya son qoymaq üçün beynəlxalq əməkdaşlığa çağıran ABŞ prezidenti Co Bayden keçən sentyabr ayında ilk qlobal COVID-19 sammitini çağırmışdı. Bundan sonra koronavirusun delta və omikron variantları tezliklə yayılmağa başlamışdı.

Birgə bəyanatda deyilir: "Biz bilirik ki, təkcə yeni yaranan COVID-19 variantları üçün deyil, həm də gələcək sağlamlıq böhranları üçün ehtiyac duyduğumuz qlobal potensialı qurmaq, saxlamaq və maliyyələşdirmək üçün indi hazırlaşmalıyıq".

Sammit dünya liderlərini, xeyriyyəçiləri, QHT-ləri və özəl sektoru beynəlxalq miqyasda peyvənd nisbətini artırmaq və sağlamlıq təhlükəsizliyini qorumaq missiyasını dəstəkləməyə çağırır.



Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG