Accessibility links

ABŞ-Azərbaycan diplomatik münasibətlərinin 30-cu ildönümümü münasibəti ilə Açıq Qapı Günü keçirilib


Li Litzenberger
Li Litzenberger

ABŞ-Azərbaycan diplomatik əlaqələrinin 30-cu ildönümünü qeyd etmək və gələcək 30 illik tərəfdaşlığa nəzər salmaq məsqsədi ilə ABŞ-ın Bakıdakı Səfirliyi azərbaycanlı universitet tələbələri və media nümayəndələri üçün Açıq Qapı günü keçirib.

ABŞ Səfirliyinin məlumatına görə, Açıq Qapı Günündə səfirliyin əməkdaşlarının təşkilatçılığı ilə ABŞ-Azərbaycan arasında əməkdaşlıq, onun gələcək imkanları və missiya prioritetlərini vurğulayan sərgi yer alıb.

“Qonaqlar səfir Li Litzenberger və səfirliyin digər əməkdaşları ilə görüşüb. Ziyarətçilər həmçinin ABŞ hökumətinin mübadilə proqramları və xaricdə təhsil üçün imkanlar, habelə səfirliyin Bakıda və Azərbaycanın digər altı şəhərində fəaliyyət göstərən Amerika Guşələri şəbəkəsində mövcud olan resurslarla tanış olub. Onlar tələbə vizaları, iş yerləri və səfirlikdə təcrübə imkanları haqqında məlumat alıb, səfirliyin Dəniz Mühafizəsi dəstəsinin keçirdiyi oyunlarda iştirak edib, “Yaşıllar Komandası” ilə görüşüb və yeni elektrik avtomobilinə baxıb. Tələbələr və mətbuat nümayəndələri, həmçinin USAİD layihəsinin dəstəklədiyi qadın sahibkarlarla görüşüb, öz icmalarının ehtiyaclarını USAID tərəfindən maliyyələşdirilən yeni elektron nəzarət platformasına necə təqdim edə biləcəklərini öyrəniblər,” ABŞ Səfirliyi bildirir.

Məlumatda həmçinin Dövlət Tərəfdaşlığı Proqramı çərçivəsində Oklahoma Milli Qvardiyasının üzvlərinin 2002-ci il sentyabrın 19-dan başlayan Azərbaycanla tərəfdaşlıq əlaqələri qeyd etilir.

Səfir Litzenberqer tədbirdə qeyd edib ki, ABŞ 30 ildir Azərbaycan hökuməti və xalqı ilə qanunun aliliyi, insan haqları, iqtisadiyyat, enerji və təhlükəsizliklə bağlı məsələlərdə işləyir.

ABŞ Səfirliyi ABŞ-Azərbaycan diplomatik münasibətlərinin 30-cu ildönümünü münasibəti ilə Açıq Qapı Günü keçirib
ABŞ Səfirliyi ABŞ-Azərbaycan diplomatik münasibətlərinin 30-cu ildönümünü münasibəti ilə Açıq Qapı Günü keçirib

“Azərbaycanın dostu kimi Birləşmiş Ştatlar sülhə nail olmağa və bütün regionun çiçəklənməsinə kömək etmək üçün iqtisadi, nəqliyyat və insanlar arasında əlaqələrin qurulmasına kömək etməyə hazırdır.”

Səfir tələbələrə müraciət edərək deyib ki, ümid edir ki tələbələr gələcəkdə Amerika Birləşmiş Ştatlarında təhsil alacaq, səfər edəcək və ya hətta ABŞ səfirliyi komandasına qoşulacaq.

“Bilirəm ki, siz Azərbaycanın gələcəyində çox mühüm rol oynayacaqsınız,” o qeyd edib.

Səfir Vaşinqtonun Azərbaycanda hüquq və azadlıqların vəziyyətini yaxşılaşdırmaq üçün atdığı addımlar barədə sualın cavabında deyib ki, ABŞ Azərbaycan hakimiyyəti ilə insan hüquqları məsələləri barədə dialoqu davam etdirir.

“Biz Azərbaycan hökuməti ilə bütün səviyyələrdə insan haqları, qanunun aliliyi, demokratiya istiqamətində işləyirik. Bəzi sahələrdə irəliləyişlər görürük, məsələn, insan alverinə qarşı mübarizədə uğura imza atmışıq. Bu istiqamətlərdə dialoqumuz yüksək səviyyədə davam edir,” o qeyd edib.

Azad olunmuş ərazilərin bərpasında iştiraka toxunan diplomat deyib ki, ABŞ şirkətləri bu layihələrdə, o cümlədən minatəmizləmə layihələrində iştirak etməkdə maraqlıdır.

“Bərpa işlərində ABŞ şirkətlərinin iştirakı üçün açıq ictimai tenderlərin mövcudluğu vacibdir, belə olan halda ABŞ biznes sektoru öz təkliflərini verə bilər və prosesə qoşula bilər,” o qeyd edib.

Litzenberger Vaşinqtonun həll olunmamış məsələlərin həllinin tapılması üçün Bakı və Yerevan arasında birbaşa dialoqu dəstəkləməyə hazır olduğunu təsdiq edib.

“İki tərəf arasında sülhün əldə olunmasına gətirən istənilən təşəbbüsləri dəstəkləyirik. Avropa İttifaqı bu istiqamətdə artıq çox müsbət addımlar atıb və ABŞ Avropa İttifaqının bu təşəbbüslərini dəsətkləyir,” səfir bildirib.

ABŞ Azərbaycanla diplomatik əlaqələri 1992-ci ildə, müstəqillik dövründə qurub. Dövlət Katibi Beyker 1992-ci il fevralın 12-də Azərbaycanda səfərdə olub. Prezident George Buş 1992-ci il fevralın 19-da mətbuata açıqlamasında bu qərarı elan edib. ABŞ-nin Bakıdakı Səfirliyi 1992-ci il martın 16-da açılıb. O zaman Robert Finn Müvəqqəti işlər vəkili idi.

“Birləşmiş Ştatlar və Azərbaycan Avropanın enerji təhlükəsizliyini təşviq etmək, ikitərəfli ticarət və investisiyaları genişləndirmək, terrorizm və transmilli təhdidlərlə mübarizə aparmaq üçün birlikdə çalışır. Birləşmiş Ştatlar Azərbaycanda demokratiyanın möhkəmləndirilməsinə və iqtisadiyyatın şaxələndirilməsinə yardım etmək öhdəliyinə sadiqdir. Birləşmiş Ştatlar Azərbaycan və Ermənistanın regional sabitlik, sülh və firavanlıq naminə sülh sazişinin əldə edilməsi istiqamətində səylərini qətiyyətlə dəstəkləyir.

Azərbaycanın ABŞ ilə diplomatik əlaqələrinin və Azərbaycanın Sovet İttifaqından ayrılmasının 30-cu ildönümünü qeyd etdiyimiz bir vaxtda Cənubi Qafqazda müstəqillik və demokratiyanın ABŞ-dən böyük tərəfdarı yoxdur” ABŞ Səfirliyinin məlumatında deyilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG