Accessibility links

Azərbaycanda mayın 1-dən maska tələbi ləğv ediləcək


açıq havada maska
açıq havada maska

Mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilir.

Bu barədə Nazirlər Kabinetinin aprelin 22-də qərarında deyilir.

Qərara əsasən koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 iyul saat 06:00-dək uzadılıb.

Eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq hava limanı ərazisində və Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir.

Xatırlatma

Azərbaycana giriş üçün COVID-19-a dair PCR testinin təqdim etmək tələbi ləğv olunub.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Məlumatda deyilir ki, Nazirlər Kabinetinin 14 aprel tarixli qərarına əsasən 2022-ci il aprelin 15-dən etibarən Azərbaycana giriş üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etmək tələbi ləğv edilir. Ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə 2022-ci il mayn 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, 2021-ci il mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Ölkədə 2021-ci il sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.

XS
SM
MD
LG