Accessibility links

ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviri Azərbaycanda səfərdədir


ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviri Endryu Şofer aprelin 24-dən 29-dək Bakıda səfərdə olacaq.

Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

“ABŞ Cənubi Qafqazın dinc, demokratik və firəvan gələcəyini təşviq etmək üçün ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlıq etməyə sadiqdir,” səfirliyin məlumatında qeyd edilir.

Məlumatda Endryu Şoferin səfər proqramı barədə məlumat verilmir. Xatırladaq ki, baş müşavir Şofer ötən həftə Ermənistanda səfərdə olub.

Bu arada aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumatında deyilir ki, Prezident Əliyev Ermənistanla sülh müqaviləsinin hazırlanması üzrə Azərbaycan nümayəndə heyətinin və iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Azərbaycan milli komissiyasının tərkibinin müəyyən edildiyini vurğulayıb, ölkəsinin Ermənistanla danışıqlara hazır olduğunu qeyd edib.

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə 1992-ci ildən fəaliyyətdə olan Minsk Qrupu formatı de-fakto dağılıb. 1994-cü ildə münaqişənin nizamlanması üzrə Minsk Qrupunun ABŞ, Rusiya və Fransanın təmsil olunduğu həmsədrlik institutu formatı da fəaliyyətini de-fakto dayandırıb.

Bundan sonra ABŞ Minsk Qrupunda həmsədri olan Endryu Şoferi ABŞ Dövlət Departamentinin Qafqazda danışıqlar üzrə baş müşaviri, Rusiya Xarici İşlər Nazirliyi isə qurumdakı həmsədri İqor Xovayevi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndə təyin edib.

Artıq köhnə həmsədrlər regiona birgə səfərlər etmir. Onlar Azərbaycan və Ermənistan rəsmiləri ilə ayrı-ayrılıqda görüşlər keçirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Kyivə əvvəlcədən elan olunmamış səfər edib
please wait

No media source currently available

0:00 0:13:47 0:00
XS
SM
MD
LG