Accessibility links

İran milli komandasının idmançısı Bəhmən Nəsiri Azərbaycana köçüb


Bəhmən Nəsiri
Bəhmən Nəsiri

İranın avarçəkmə üzrə milli komandasının üzvü olan zəncanlı idmançı Bəhmən Nəsiri Azərbaycana mühacirət edib.

İSNA xəbər agentliyi bu barədə məlumat yayıb.

Əfşin Fərzam İranın avarçəkmə üzrə milli komandasının baş məşqçisi Nəsirinin köçməsindən sonra artıq heç kim onun yerini milli komandada tuta bilməz ifadəsi ilə öz narahatlığını bildirib.

Bəhmən Nəsiri İranın avarçəkmə üzrə medal qazanmaq şanslarından biri sayılırdı. O, daha öncə də Azərbaycana mühacirət qərarı alıb və bu ölkəyə getmişdi, ancaq bəzi səbəblərdən dolayı yenidən İrana qayıtmışdı.

Nəsirinin Asiya Oyunlarına təxminən üç ay qalmış Azərbaycana köçməsi İranda bir çoxlarının narahatlığı və medianın reaksiyasına səbəb olub. "Əfşin Fərzam 2022 Asiya Oyunları üçün İran əsas oyunçularından birini itirib" - deyə, vurğulayıb.

İranın avarçəkmə üzrə milli komandasının baş məşqçisi deyib ki, qarşıdakı beş ayda Bəhmən Nəsirinin rekordlarına yetişə bilən bir idmançı hazırlasam belə, daha əvvəl yarış meydanını görmədiyi üçün onu start xəttinə göndərmək riskli olacaq. Bəhmən Nəsiri daha əvvəl Asiya Çempionatı və Kuboku və Olimpiya seçmə oyunlarında iştirak etmiş və bu baxımdan təcrübəli bir idmançıyıdı.

Nəsiri Azərbaycana mühacirət etmədən əvvəl İranda işə götürülməməsindən şikayət edərək, onun mühacirətə getməsinin əsas səbəblərindən birinin İranda işsizlikdən çəkdiyi əziyyətlər olduğunu bildirib.

Daha öncə də çox sayda tanınmış idmançı İran Azərbaycanı və İran komandalarından ayrılaraq Azərbaycana köçüblər.

XS
SM
MD
LG