Accessibility links

ABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirlərinin Bakıda görüşü olub


Aprelin 28-də Bakıda ABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirlərinin görüşü olub.

ABŞ-ın Azərbaycandakı Səfirliyinin məlumatına görə, səfirlər Li Litzenberger (Azərbaycan), Kelli Deqnan (Gürcüstan) və Linn Treysi (Ermənistan), dövlət katibinin köməkçisinin müavini Erika Olson, Qafqaz danışıqları üzrə baş müşavir (SACN) Endryu Şofer və ABŞ-nin Avropa və Avrasiyaya yardım üzrə əlaqələndiricisi vəzifəsini icra edən Qreq Naarden ABŞ-nin Azərbaycandakı Səfirliyinin ev sahibliyi etdiyi missiya rəhbərlərinin regional toplantısında iştirak edib.

"Yerevan, Bakı və Tbilisi əvvəllər də bu kimi tədbirlərə ev sahibliyi ediblər. Bölgədən və Vaşinqtondan olan həmkarlar fikir və məlumat mübadiləsi aparmaq üçün toplaşıblar. Birləşmiş Ştatlar Azərbaycan, Gürcüstan və Ermənistanla diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edərkən biz tərəfdaşlığımızı gücləndirməyə və Cənubi Qafqaz xalqları üçün daha təhlükəsiz, sabit və firavan gələcəyin təmin olunması naminə sadiqliyimizi vurğulayırıq," ABŞ Səfirliyi bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG