Accessibility links

Avropa Məhkəməsi AXCP fəalının şikayətini təmin edib


Aprelin 28-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Bəhruz Həsənovun şikayətini təmin edib.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının Monitorinq qrupunun rəhbəri Xalid Ağaliyev bildirib ki, şikayət 2012-ci ildə Həsənovun saxlanılması və inzibati həbsilə əlaqədar Avropa İnsan Hüquqları Konvensiyasının 1-ci maddəsinin 5-ci bəndinə (azadlıq və şəxsi toxunulmazlıq hüququ) əsasən verilib.

Həsənov hesab edir ki, onun saxlanılması və inzibati həbsi özbaşına xarakter daşıyıb.

Həsənov həmçinin Konvensiyanın 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) üzrə hüquqlarının pozulması məsələsini qaldırıb.

Avropa İnsan Hüquqları Məhkəməsi Konvensiyanın hər iki maddəsi üzrə Həsənovun hüquqlarının pozulduğunu etiraf edib və ona 4,500 avro məbləğində kompensasiya ödənilməsini qərara alıb.

Bəhruz Həsənov naməlum şəxsin şikayəti əsasında xırda xuliqanlıq ittihamı ilə 2012-ci ildə 10 sutka inzibati qaydada həbs edilib.

Bəhruz Həsənovun hüquqlarını Avropa İnsan Hüquqları Məhkəməsində vəkil Asabəli Mustafayev müdafiə edib. O, Avropa Məhkəməsinin qərarını müsbət qiymətləndirsə də kompensasiyanın məbləği ilə razı deyil.

“Qərar yaxşı qərardır, iki amil olmasa. Şikayət 2012-ci ildə göndərilib, 2016-cı ildə kommunikasiya yekunlaşıb. Son dövrlərdə mənəvi zərərə görə təyin olunan kompensasiya məbləğinin azaldılması ərizəçilərdə şikayət etməkdə marağı zəiflədir. Hüquqi xidmətə görə kompensasiya məbləqi isə heç tərcümə və poçt xərclərini ödəmir. Bundan sonra da görünür işlərə baxılma müddəti uzanacaq, kompensasiya məbləqi isə azalacaq. Ancaq görünən budur ki, hələ uzun müddət məhkəmə ədalətini Avropa Məhkəməsində axtarmalı olacağıq,” o, qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Gürcüstanda hökumətin istefasını tələb edən yeni kütləvi mitinq keçirilib
please wait

No media source currently available

0:00 0:10:11 0:00
XS
SM
MD
LG