Accessibility links

Türkiyədə inflyasiyaya görə Ramazan xərcləri artıb


Türkiyədə inflyasiyaya görə Ramazan xərcləri artıb
please wait

No media source currently available

0:00 0:01:58 0:00

Türkiyədə inflaysiyaya görə Ramazan xərcləri artıb

Türkiyənin cənub-şərqindəki Diyarbəkir şəhərindəki müsəlman ibadətçilər ölkədəki yüksək inflyasiya səbəbindən Ramazan bayramı üçün zəruri ərzaqları almaqda çətinlik çəkdiklərini deyirlər.

Dünyanın hər yerində müsəlmanlar İslamın müqəddəs Ramazan ayı ərzində ailə və dostları ilə iftardan əvvəl süfrələrini çoxlu ləzzətli delikateslərlə doldurmaq üçün əlavə pul xərcləyirlər. Amma Türkiyədə artan inflyasiya insanların məskunlaşdığı Diyarbəkir şəhərində bir çoxları üçün sadə yemək belə almağı mübarizəyə çevirib.

"Biz heç nə ala bilmirik və yeyə bilmirik. Ramazan bitmək üzrədir, amma iki kiloqram pomidor ala bilmədim. Onları evə apara bilmədim"- deyə, şəhər sakini Evdirəhman bildirib.

Aprel ayında Türkiyə Statistika Təşkilatı inflyasiyanın 61%-lə son 20 ilin ən yüksək səviyyəsinə çatdığını bildirib. Hesabatda təkcə mart ayında istehlak qiymətlərinin 5%-dən çox artdığı qeyd edilib.

"Qədim dövrlərin yoxsulluğu geri qayıdır. Necə ki, əvvəllər kasıb idik, sonra vəziyyətimiz yaxşılaşdı, orta gəlirli insanlara çevrildik. İndi isə yenidən birinci mərhələyə qayıdırıq"- deyə Seyfədi bildirib.

Ramazan ayında ərzağa artan tələbat inflyasiyanı ağırlaşdırıb. Hətta ərzaq satmayan satıcılar da çətinlik çəkirlər.

"Heç bir məhsul sata bilmirəm. İnsanların alıcılıq qabiliyyəti yoxdur. Bu ölkə bitdi, bitdi. Hətta dövlətin də artıq maddi imkanı yoxdur. Dövlət xəzinəsi boşdur. Pul haradadır?"- deyə, satıcı sual edib.

Türkiyə iqtisadiyyatı 2018-ci ildən bəri eniş spiralındadır. Prezident Rəcəb Ərdoğan türk xalqını sakitləşdirməkdə davam etsə də, müxalifət onu iqtisadi siyasətlərinə görə günahlandırır.

XS
SM
MD
LG