Accessibility links

AŞPA deputatları Azərbaycanda jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı təhdidlərlə bağlı qətnaməyə təşəbbüs göstərir


Avropa Şurası Parlament Assambleyası

Hər il mayın 3-də qeyd olunan Ümumdünya Azadlıq Günü ərəfəsində Avropa Şurası Parlament Assambleyasının bir qrup deputatı Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyatı və təhlükəsizliyinə təhdidlərlə bağlı Assambleyanın qətnaməsinin qəbul edilməsi təşəbbüsü ilə çıxış edib.

Bu barədə Amerikanın Səsinə İRFS-in icraçı direktoru Emin Hüseynov bildirib.

Onun sözlərinə görə, belçikalı parlamentari Kristof Lakroixin (Lacroıx Christophe-red) təşəbbüsünü 24 ölkədən AŞPA-nın daha 37 üzvü dəstəkləyib.

"Avropa Şurası Parlament Assambleyası Azərbaycanda zorakılığın səviyyəsinin artması, azərbaycanlı jurnalistlərə, blogerlərə və hüquq müdafiəçilərinə qarşı dözümsüzlük və davam edən təhdidlərdən narahatdır" - deyə, həmin deputatların imzaladığı qətnamənin qəbulu ilə bağlı təkilfdə bildirilir.

Əvəz Hafizli
Əvəz Hafizli

O qeyd edib ki, məlumatda 2022-ci il fevralın 22-də jurnalist və hüquq müdafiəçisi, tanınmış LGBT fəalı Əvəz Şıxməmmədovun (yaradıcı təxəllüsü Əvəz Hafizli) öz evində qətlə yetirilməsi xatırlanıb.

Həmçinin onun həyatının qorunması ilə bağlı çoxsaylı müraciətlərə Azərbaycanın hüquq-mühafizə orqanları məhəl qoyulmadığı bildirilib.

Emin Hüseynov deyir ki, qətnamədə siyasi fəal Bəxtiyar Hacıyevin oğurlanması da qeyd edilib.

"2022-ci il aprelin 23-də tanınmış bloger və hüquq müdafiəçisi, keçmiş vicdan məhbusu, hakimiyyətin sərt tənqidçisi Bəxtiyar Hacıyev maskalı şəxslər tərəfindən oğurlanıb, ona işgəncə verilib, qeyri-insani rəftara məruz qalıb, o cümlədən üstünə sidik ifraz edilib və bütün bunlar videoya çəkilib. Onlar blogerə tənqidi yazılarını silməyi əmr ediblər.

Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

Hacıyev yazılarını sildikdən sonra sərbəst buraxılıb və ona xəbərdarlıq edilib ki, "şərtlərə əməl edilməməsi onun zorlanması və öldürülməsi ilə nəticələnə bilər" - deyə, o bildirib.

Emin Hüseynov bildirib ki, təklifdə son iki ayda bir çox araşdırmaçı jurnalist Azərbaycan xüsusi xidmət orqanlarının nümayəndələrindən dövlət məmurlarına qarşı antikorrupsiya araşdırmalarını dayandırmağı tələb edən xəbərdarlıqlar aldığı da qeyd edilib.

Əks halda jurnalistlər ölümlə və qəza və ya zəhərlənmə kimi görünəcək ciddi sağlamlıq problemləri ilə hədələniblər.

Bu təhdidlərdən sonra həmin jurnalistlərin bəziləri korrupsiyaya qarşı araşdırmaların dayandırıldığını bəyan etmək məcburiyyətində qalıb, bəziləri isə hələ də işini davam etdirmək qərarına gəliblər.

"Parlament Assambleyası qətl və sui-qəsdlərlə bağlı mövcud halları, ölkədə və xaricdə fəaliyyətini davam etdirən azərbaycanlı jurnalistlərin, blogerlərin və hüquq müdafiəçilərinin həyat və azadlıqlarına qarşı davam edən təhdidləri diqqətlə nəzərdən keçirməli və öyrənməli, bu məsələ ilə bağlı geniş hesabat hazırlamalıdır" - deyə, o vurğulayıb.

Deputatlar hesab edir ki, Assambleya Azərbaycan hökumətini Avropa İnsan Hüquqları Konvensiyasına əməl etməyə, jurnalistlərin və hüquq müdafiəçilərinin təhlükəsizliyinə təminat verməyə, onların peşəkar fəaliyyətlərini maneəsiz davam etdirməyə çağırmalıdır

Xatırlatma

Rəsmi Azərbaycan hakimiyyəti bir qayda olaraq ölkədə insanların əqidəsinə görə təqib edilmədiyini bildirir. Ölkə prezidenti dəfələrlə bütün vətəndaşların fundamental hüquqlarının, ö cümlədən söz və mətbuat azadlığının tam təmin edildiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Federal Təhqiqatlar Bürosu Trampın iqamətgahında axtarış aparıb
please wait

No media source currently available

0:00 0:12:42 0:00
XS
SM
MD
LG