Accessibility links

Beynəlxalq Media Azadlığı Günündə Azərbaycanın müstəqil mediası


Beynəlxalq Media Azadlığı Günündə Azərbaycanın müstəqil mediası (arxiv foto)

Mayın 3-də dünyada Beynəlxalq Media Azadlığı Günü qeyd edilir.

Media hüquqlarını müdafiə təşkilatlarının hər il açıqladığı hesabatlarda dünya boyunca mətbuat azadlığının səviyyəsinin azaldığı, jurnalistlərə qarşı təhlükələrin artdığı qeyd edilir.

Bəs Azərbaycanda bu sahədə vəziyyət necədir ? Yerli və beynəlxalq ekspertlər Azərbaycanda medianın vəziyyətinin ağır olaraq qaldığını düşünür. Üstəlik media ekspertləri, bir çox jurnalist, beynəlxalq qurumlar düşünür ki, medianın durumunu daha da ağırlaşdıracaq hallardan biri yeni "Media haqqında” qanunun qəbul edilməsidir. Onlar hesab edir ki, bu qanun ölkədə söz azadlığını boğacaq.

Bu qanun layihəsinə müstəqil jurnalistlərin etirazı davam edir. Belə ki, Azərbaycanda bloklanan Azadlıq qəzetinin əməkdaşı, müstəqil jurnalist Təzəxan Mirələmli deyir ki, bu qanun müstəqil jurnalistlərin işini daha çətinləşdirəcək.

Təzəxan Mirələmli (Azadlıq qəzetinin əməkdaşı)
Təzəxan Mirələmli (Azadlıq qəzetinin əməkdaşı)

“Bu qanun jurnalistlərin müəyyən qədər sərbəst hərəkətinə mane olacaq. Əsasən kütləvi tədbirlərin çəkilişində jurnalistlərə maneçilik törədiləcək. Bu artıq qanundan əvvəl də dekabr ayında olan aksiyada polisin jurnalistlərdən vəsiqə tələb etməsi, hətta vaxtının yoxlanılmasına qədər diqqətlə baxmaları bunun gələcəkdə fəsadlar yaradacağından xəbər verir. Eləcə də bir neçə jurnalistin prokurorluğa çağırılması, onların hətta cərimə , inzibati həbs alması halları da var.”

O qeyd edir ki, yenin qanunun qəbul edilməsinə baxmayaraq, jurnalist fəaliyyətini davam edəcək.

Azadlıq qəzetinin mühacirətdəki redaktoru, Rəhim Hacıyev isə deyir ki, qanunun qəbul edilməsində məqsəd obyektiv informasiya yayan mətbu orqanlarına qarşı ciddi problemlər yaratmaqdır.

Rəhim Hacıyev
Rəhim Hacıyev

“Məqsəd bu tip jurnalistlərin fəaliyyətinin qarşısını almaqdır. Bu baxımdan çox çətin bir vəziyyətdəyik. Əlbəttə ki, oradakı əməkdaşlarımızın təhlükəsizliyi, həyatı bizim üçün vacibdir. Baş verən son hadisələr də göstərir ki, çox çətin dövr bizi gözləyir. Biz yəni xaricdə olan şəxslər daha çox çalışacağıq özümüz çox işləyək. Eyni zamanda orada olan əməkdaşlarımızın da işləməsi üçün əlimizdən gələni etməyə çalışacağıq. Hökümətin təklif etdiyi variantlar bizim üçün qətiyyən keçərli deyil. Çox çətin variantlardır. Mən şübhə etmirəm ki, hökümət bu variantları ona görə düşünüb ki, azad jurnalistikanı ölkədən sıradan çıxartsın. Amma bütün bunlara baxmayaraq istər buradakı əməkdaşlar, istər oradakı əməkdaşlar maksimum çalışacağıq ki, bundan sonra da prinsiplərimizə sadiqliyimizi qoruyaq, çalışacağıq ki, bizim idarə etdiyimiz media bundan sonra da bütün çətinliklərə baxmayaraq vətəndaşlarımıza obyektiv informasiya ilə təmin edək”.

Prezident İlham Əliyev 2022-ci ilin fevralında “Media haqqında” qanunu imzalayıb. Qanun 9 fəsil 78 maddədən ibarətdir. Sənəddə jurnalistlərin fəaliyyətinə dair məsələlər, o cümlədən Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq vəsiqənin verilməsi, onlara bəzi imtiyazların müəyyənləşdirilməsi, dövlət qurumlarında jurnalistlərin akkreditasiya olunması qaydaları, jurnalistin peşəkar fəaliyyəti üçün şəraitin yaradılması və digər məsələlər əksini tapıb.

Azərbaycan rəsmiləri deyilənlərin əksini düşünür

Azərbaycan rəsmiləri hesab edir ki, qanun medianın müstəqilliyini, söz azadlığını qoruyur və ona qarşı, xüsusən də sosial şəbəkəyə hər hansı bir cəza və məhdudiyyət çərçivəsi tətbiq etməyəcək.

Milli Məclisin deputatı, iqtidarda olan “Yeni Azərbaycan” Pariyasının üzvü Aydın Mirzəzadə bir qədər əvvəl Amerikanın Səsinə deyib ki, “Media haqqında” yeni qanun geniş ictimai müzakirədən keçib, müxtəlif media nümayəndələri qanunun təkmilləşdirilməsinə öz töhfəsini verib.

“Hesab edirəm ki, qanun ümumən media-dövlət, media-cəmiyyət münasibətlərini tənzimləyəcək. Yəni, qanun medianın müstəqilliyini, söz azadlığını qoruyur və ona qarşı, xüsusən də sosial şəbəkəyə hər hansı bir cəza və məhdudiyyət çərçivəsi tətbiq etmir,” o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. MAQATE Zaporojye AES-də nüvə təhlükəsi olmadığını bildirir
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG