Accessibility links

Roma papası Putinlə görüşmək istəyir


Roma papası Fransis çərşənbə axşamı verdiyi müsahibədə Ukraynada müharibəni dayandırmağa çalışmaq məqsədi ilə Rusiya prezidenti Vladimir Putinlə Moskvada görüş istəyib, lakin cavab almadığını deyib.

Pontifik İtaliyanın "Corriere Della Sera" qəzetinə də deyib ki, müharibəyə dəstək verən Rusiya Pravoslav Kilsəsinin Patriarxı Kirill "Putinin qurbangahı ola bilməz".

Papa qəzetə deyib ki, müharibədən təxminən üç həftə keçdikdən sonra o, Vatikanın baş diplomatından Putinə görüş təyin etmək barədə mesaj göndərməsini xahiş edib.

"Hələ cavab almamışıq və hələ də israr edirik" - deyə, Papa bildirib.

O əlavə edib: "Mən qorxuram ki, Putin bu görüşü indiki vaxtda keçirə bilməz və keçirmək istəmir. Amma bu qədər vəhşiliyə necə mane ola bilməzsiniz?"

Francis həmçinin bildirib ki, Macarıstanın baş naziri Viktor Orban ona Putinin müharibəni Rusiyanın 1945-ci ildə nasist Almaniyasının təslim olması münasibətilə Qələbə Günü kimi qeyd etdiyi 9 mayda bitirməyi planlaşdırdığını deyib.

85 yaşlı Papa müharibə başlayanda Romadakı Rusiya səfirliyinə görünməmiş bir səfər etmişdi.

XS
SM
MD
LG