Accessibility links

Azərbaycanın mədəniyyət naziri ABŞ Dövlət katibinin köməkçisi ilə görüşüb


Anar Kərimov
Anar Kərimov

ABŞ-da səfərdə olan Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Dövlət katibinin təhsil və mədəniyyət məsələləri üzrə köməkçisi Li Satterfildlə görüşüb.

Mədəniyyət Nazirliyinin məlumatına görə, görüş zamanı ikitərəfli əməkdaşlıq müzakirə olunub. Anar Kərimov "Mədəniyyət naminə sülh" qlobal təşəbbüsü barədə danışıb. Həmçinin ölkəsinin mədəni irsinin qorunması yolunda aparılan işlər barədə məlumat verib.

Bundan başqa, Kərimov Smitsonian İnstitutunda Muzeylər və mədəniyyət katibinin müşaviri Kevin Qover və Folklor və Mədəni İrs Mərkəzinin direktoru vəzifəsini icra edən Riçard Kurinlə görüşüb.

Görüşdə ikitərəfli uğurlu əlaqələrin qurulması, araşdırmalar və sərgilərin təşkili, eksponatların restavrasiyası mövzusunda danışıqlar aparılıb. Söhbət zamanı nazirə məlumat verilib ki, Smitsonian İnstitutu hər il bir-birindən zəngin folklor festivallar təşkil edir. Eləcə də Azərbaycanın növbəti festivallara qatılmağı təklif olunub.

Həmçinin İnstitutda müxtəlif sahələr üzrə təcrübə proqramlarının keçirilməsindən, bu proqramlara Azərbaycandan olan mütəxəssislərin də qoşulmaq imkanlarından bəhs olunub.

Görüş zamanı sıx əməkdaşlığa təkan verəcək Anlaşma Memorandumu imzalanacağı ilə bağlı razılığa gəlinib. Qeyd olunub ki, bu memorandum gələcək çoxşaxəli əməkdaşlıq üçün olduqca vacibdir.

Azərbaycan mədəniyyət nazirinin digər görüşü ABŞ arxiv idarəsinin rəhbəri vəzifəsini icra edən Debra Voll ilə olub.

XS
SM
MD
LG