Accessibility links

Peter Mixalko: Avropa bazarına daha çox Azərbaycan məhsulu çıxarmaq istəyirik


Avropa İttifaqı Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması
Avropa İttifaqı Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platforması

Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlığın gələcək inkişafı iştirakçı ölkələrin öz istəyindən asılıdır.

Bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Peter Mixalko mayın 4-də mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı Azərbaycanla yeni hərtərəfli tərəfdaşlıq sazişinin imzalanması üzərində işi davam etdirir.

"Son zamanlar yüksək səviyyəli qarşılıqlı səfərlər fonunda sənəd üzərində işlər intensivləşib ki, bu da tərəfdaşlığı keyfiyyətcə yeni səviyyəyə qaldıracaq," o qeyd edib.

Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu, onun ixracının 51 faizinin Avropa bazarının payına düşdüyünü vurğulayan diplomat deyib ki, yeni saziş iqtisadi əməkdaşlıq üçün yeni imkanlar açacaq.

"Biz ticarət əlaqələrini möhkəmləndirmək və Avropa bazarına daha çox Azərbaycan məhsulu çıxarmaq istəyirik. İnanırıq ki, yeni saziş buna imkan verəcək," Mixalko bildirib.

Mayın 17-də Bakıda Aİ-Azərbaycan biznes forumu keçiriləcək.

"Bu, Aİ və Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə, münasibətlərin qurulmasına, təcrübə mübadiləsinə, iqtisadiyyatın və təhsilin şaxələndirilməsinə yönəlmiş beynəlxalq tədbirdir," o əlavə edib.

Elə həmin tədbirdə "2021-ci ildə Azərbaycanda biznes mühiti" adlı hesabat təqdim ediləcək.

Turan İnformasiya Agentliyinin analitiki Fərid Qəhrəmanov Amerikanın Səsinə deyib ki, Azərbaycanın Avropa İttifaqı ilə yeni hərtərəfli tərəfdaşlıq sazişini imzalaması ölkə iqtisadiyyatı üçün yeni imkanlar yaradacaq.

Fərid Qəhrəmanov
Fərid Qəhrəmanov

"Hazırda Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ölkənin əmtəə mübadiləsinin yarısından çoxu Avropa bazarlarının payına düşür. Amma bu, əsasən neft və qaz ixracının hesabına baş verir," o qeyd edib.

"Əgər Azərbaycan dövlətinin iqtisadiyyatın şaxələndirilməsi siyasətni bəyan etməsini nəzərə alsaq, yeni saziş bunun üçün əlverişli şərait yaradacaq. Belə ki, Azərbaycan məhsulları üçün Avropa bazarlarının açılması, onlar üçün güzəştli rejimin yaradılması ölkədə qeyri-neft sektorunun inkişafını stimullaşdıracaq."

O hesab edir ki, Azərbaycanda qarşılıqlı şəkildə həmin üstünlüklər Avropa şirkətlərinə verilməlidir ki, bu da ölkəyə texnologiyaların və investisiyaların axınını artıra bilsin.

"İndiyadək bu prosesləri hökumət daxilində inhisarçılar bloklayırdılar. Ümid edək ki, artıq siyası iradə göstəriləcək və saziş nəhayət imzalanacaq," Qəhrəmanov qeyd edib.

Azərbaycan və Avropa İttifaqı arasındakı əlaqələrin qısa tarixi

Azəraycan Avropa İttifaqı (Aİ) münasibətləri 1991-ci ildə yaranıb. 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədiyyət sahəsində əməkdaşlığı əhatə edir.

1998-ci ildə Aİ Azərbaycana xüsusi elçisini təyin edib. 2000-ci ildə Azərbaycanın Aİ yanında Nümayəndəliyi təsis edilib. 2003-cü ilin iyul ayında Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini təyin edilib.

2004-cü ildə Azərbaycan Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə isə onun Şərq istiqaməti üzrə çoxtərəfli əməkdaşlıq formatı olan Şərq Tərəfdaşlığı proqramına daxil edilib.

2014-cü ildə tərəflər arasında Azərbaycanın Aİ proqramlarında və agentliklərində iştirakına dair Protokol imzalanıb.

Aİ Xarici İşlər Nazirləri Şurası 14 noyabr 2016-cı ildə keçirilmiş iclasında Aİ və üzv ölkələri adından Azərbaycan ilə hərtərəfli Saziş üzrə danışıqların aparılması üçün Avropa Komissiyası və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə mandat verib.

"Şərq Tərəfdaşlığı" Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir.

Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

2017-ci ilin noyabrında qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb. Ancaq hələlik Aİ ilə Azərbaycan bu sazişi imzalamayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG